53
QAYBALI KƏNDİNİN ƏHVALATI
Xəlfəlilər belə bir tədbir görmüşdülər ki, şəvval ayının 18-də gecə qəflətən
Qaybalı kəndinin üzərinə hücum edərək oranı darmadağın etsinlər. Bir naxələf, zatı
qəliz müsəlman gedib Qaybalı ermənilərini xəlfəlilərin tədbirindən xəbərdar edir.
Ermənilər tədbirdən xəbərdar olan kimi Qalaya və
kəndlərə adamlar göndərib
tezliklə kömək göndərmələrini tələb edirlər. Hər yerdən ermənilər cəm olub
Qaybalıya gəlirlər. Köməyə gələn ermənilər iki yerə bölünərək bir qismi kəndi
mühafizə etmək üçün orada qalır, digər qismi isə silahlarını götürüb başqa bir
yerdə gizlənirlər. Gecədən 4 saat keçdikdən sonra 30-40 nəfər xəlfəli və neçə nəfər
kürd tayfasından hamısı silahlı Qaybalının üzərinə hücuma keçdilər. Onlar əvvəlcə
iki dənə mərəyə od vurdular. Ondan sonra kəndi gülləyə tutdular.
Kənd əhli
hücumdan qabaqcadan xəbərdar olmasına baxmayaraq, nalə və fəryadları göyə
ucaldı. Onların bir parası tüfəng atmağa, qışqırıq salmağa və bir parası isə yalvarıb
Həzrəti-Abbası köməyə çağırmağa başladılar. Xülasə, bunları gülləbaran edib
atışırdılar. Ermənilərdən 11 nəfər qətlə yetirilmişdi ki,
bu vaxt pusquda durmuş
ermənilər Qaybalı yaxınlığında yerləşən bir neçə müsəlman evlərinin üzərinə
hücum çəkdilər. Bu evlərdə yaşayan müsəlmanların babası laçınlı Məhəmməd
ləqəbi daşımış məşhur aşpaz olmuşdu. Ermənilər həmin laçınlıların evlərini
gülləbaran etməyə başladılar. Onların aş qazanlarına da od vurub yandırdılar.
Əhvalatdan xəbərdar olan kimi müsəlmanlar Qaybalıdan qayıdıb laçınlılara
köməyə gəldilər. Onlar erməniləri gülləbaran edərək oradan qovdular. Nəhayət,
atışma dayandı və sakitlik yarandı.
20 ŞƏVVAL 1323 (1905)-ci İLDƏ PİRƏMƏKİDƏ BAŞ VERƏN ƏHVALAT
Bu günlərdə Qala igidlərindən və gözətçilərindən
ibarət müsəlmanlar
atlanıb Malıbəyliyə gəldilər. Oradan da bir neçə gənc bələdçilər bunlara qoşulub
atlarını birbaşa Pirəməki deyilən yerə sürdülər. Pirəməki Şuşakənd ermənilərinin
ot-ələf və əkinçilik yerləri idi. Həmin yerdə böyük-böyük ot tayaları var idi.
Ermənilərin biçib yığdıqları 150 tayaya və neçə mərəklərə,
talvarlara od vurub
yandırdılar. Ot tayalarının alovları Qaladan görünürdü. Tayalar yandırıldıqdan
sonra müsəlmanlar rus kazakları ilə sözü bir yerə qoyub Pirəməkidəki bütün
məxzənlərdə və quyularda olan arpa və buğdanı çıxarıb arabalara yükləyib özlərinə
mal etdilər.
Həmin günün sabahı divan əhli Pirəməkiyə gəldi. Ətrafı, dağları və meşələri
təftiş etməyə başladılar. Təftiş zamanı Malıbəylidə baş vermiş erməni-müsəlman
davası nəticəsində həlak olmuş iyirmi nəfər erməninin meyidini tapdılar. Onların
hamısının patrondaşları əyinlərində, tüfəngləri isə yanında düşüb qalmışdı.
Bunların əksəriyyəti yaralı olduğundan qaçıb özlərini
xilas etmək istəyiblərsə də,
54
mümkün olmayıb. Hərəsi bir yanda yıxılıb ölüblər. Ermənilərin divana verdiyi
məlumata görə, 107 nəfər erməni ölmüşdü.
Təəccüb və təəssüf doğuran budur ki, erməni milləti bu qədər can və mal
xəsarətinə
düçar olsalar da, tutduqları əməldən bir nəticə çıxarmayıb nə peşiman
olurlar, nə də qəflət yuxusundan ayılırlar. Hər şəhərin və hər kəndin içində, ömrü
boyu öz əməyi ilə iki qara pul qazanmayan və həmişə fitnə-fəsadlar törədərək
milləti min cür bəlalara düçar edən qımdatlar yazıq
sadə erməniləri hədələyərək
onların zəhmətlə qazandıqları pullarını min bəhanə ilə əllərindən alıb ciblərini
doldurur və kefləri də istəyəndə min cür hiylələr işlədib həm onları, həm də
başqalarını öldürürdülər. Övrət və uşaqlarını isə ac və yalavac, gözləri yaşlı
qoyurlar.
Dostları ilə paylaş: