Mir Möhsün NƏvvab


İRƏVANLI ERMƏNİ HƏMZATIN ƏHVALATI



Yüklə 1,09 Mb.
Pdf görüntüsü
səhifə35/55
tarix09.10.2023
ölçüsü1,09 Mb.
#129867
1   ...   31   32   33   34   35   36   37   38   ...   55
Mir Mohsun Navvab - Armenian-Muslim Conflict in 1905-1906 1993

İRƏVANLI ERMƏNİ HƏMZATIN ƏHVALATI 
(24 şəvval 1323-cü il) 
 
Cavanşir eli tərəfdən dalbadal kağızlar gəldi ki, neçə yüz müsəlman atlısı 
yekdil olub erməni kəndlərinə basqınlar edirlər. Onlar hansı kəndə girirlərsə, 
ermənilərə səngərlərə girməyə fürsət vermirdilər. Onlar əvvəlcə Sərab adlı kəndə 
daxil olaraq «Ya Əli» nərəsi çəkə-çəkə ermənilərin üzərinə hücum çəkdilər. 
Ermənilər bu hücumdan vəhşətə gələrək elə karıxdılar ki, müqavimət göstərməyə 
qüdrətləri çatmadı. Ermənilər pərən-pərən olaraq əllərinə nə keçdisə götürüb hərə 
bir tərəfə qaçdı. Bir qismi isə məxfi yerlərdə gizləndilər. Sərab kəndindən sonra 
müsəlman atlıları Başkəndə, sonra Marağa kəndinə, oradan isə Çaylı kəndinə 
hücum etdilər və ermənilərə böyük zərbə endirdilər. Müsəlmanlar birdən gördülər 
ki, onların qarşısına bir-iki erməni qımdatının rəhbərlik etdiyi bir zor dəstə çıxdı. 
Onlara rəhbərlik edənlərdən biri İrəvan əhlindən olan erməni Həmzat idi. Bu 
Həmzat neçə-neçə fitnə-fəsadlara və nahaq qanların tökülməsinə bais olmuşdu. 
Belə ki, İrəvan tərəfdə və Osmanlı dövlətində bir çox iğtişaşların yaradılmasına o 
rəhbərlik etmişdi. O, Şuşa şəhərinə üç il əvvəl gəlibmiş. Həmzat əvvəlcə özünü 
qabiliyyətli bir zərgər kimi qələmə verərək müsəlman bazarında zərgərlik dükanı 
açır. Buna görə də Qarabağın əyanlarının çoxu özləri və qadınları üçün hazırlatmaq 
istədikləri zinət şeylərini Həmzata sifariş verirdilər. Həmzat isə gizlincə 
müsəlmanlara qarşı iş aparırdı. O, şəhərdə və kənddə yaşayan ermənilərin birliyinə 
nail olmaq üçün böyük qımdatların köməyi ilə Osmanlı ermənilərindən gətirdiyi 
vərəqələr və qəzetlər vasitəsi ilə təbliğat işi apararaq onlarda müsəlmanlara qarşı 
nifrət yaratmağa çalışırdı. Həmzat müsəlmanların və dövlətin ziddinə iş aparmaqla 
bərabər, ayrı-ayrı siniflərdən olan qımdat dəstələri yaradırdı. O, qüvvətli qımdat 
dəstələrinin yaradılmasına nail olduqdan sonra erməni tayfasının dövlətlilərindən 
böyük miqdarda pullar toplamağa başladı. O, müəyyənləşdirmişdi ki, filan erməni 
dövlətlisi qımdat divanxanasına bu qədər məbləğdə pul verməlidir. Əgər o şəxs 
sözsüz-danışıqsız müəyyən edilmiş pulu verirdisə, canını qurtarırdı. Əks halda, 


55 
yəni pulu vermədikdə həmin şəxs qımdatlar tərəfindən qətlə yetirilirdi. Beləliklə 
də, onlar çoxlu miqdarda pul topladılar. Həmzat və onun silahdaşları pul toplamaq 
məqsədilə oğurluqdan da çəkinmirdilər. Belə ki, bir gün iki-üç nəfər dövlət 
poçtundan xəzinəyə 43 min manat pul və nə qədər veksel apardıqları zaman 
qımdatlardan bir neçəsi hücum çəkərək onları öldürmüş və pulları isə aparmışlar. 
Qımdatlar 43 min pulu apardıqdan sonra daha da tamahlanaraq bir neçə rus 
böyüklərini öldürdülər. Divan adamları Həmzatın bu əməllərindən və neçə gizli 
məktublarından xəbərdar olduqdan sonra onu həbs etdilər. O, həbs olunduqdan 
sonra müsəlman əyanlarından o günədək aldığı qızılların hamısını mənimsəyərək 
heç kəsə bir qram belə qızıl qaytarmadı. Bir neçə aydan sonra o, həbsxanadan 
buraxıldı. Həmzat özünə bir at alıb bir neçə qımdatla birlikdə kəndistan yerlərinə 
gedərək erməni dəstələri yaradıb, əhalini dövlətin ziddinə əməllər törətməyə təhrik 
edirdi. Bir qədər qüvvətləndikdən sonra isə müsəlmanlarla dava etməyə başladılar. 
Dövlət onun tutulması üçün neçə dəfə kazaklar göndərsə də, müsəlmanlar ona qarşı 
mübarizəyə qalxanacan nail olmadı. Müsəlmanlar Həmzatın dəstələri ilə uzun 
atışmadan və onların sıralarına böyük zərbələr endirdikdən sonra məğlubiyyətə 
düçar oldular. Bu döyüşdə böyük bir erməni qımdatı da öldürüldü. Ermənilər 
dərhal həmin qımdatın başını kəsib torbaya qoyaraq onun atı və sursatını özləri ilə 
birlikdə apardılar. Müsəlmanlar güman etdilər ki, ermənilərin başını apardıqları 
böyük qımdat Həmzat olmuşdur. Lakin sonra məlum oldu ki, o deyilmiş. 

Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin