57
Dadaş və Ağa İsmayıl arabada olan tüfənglərini çıxarıb arabadan düşdülər və bir
daşın dalına girərək ermənilərə atəş açmağa başladılar. Bu atəşi görən ermənilər
irəli getməyə cürət etmədilər və geri çəkildilər. Arada
bir az fürsət yaranan kimi
arabaçıların bir parası geri, Ağdama tərəf qaçdılar. Kazakların arasında olan
arabaçılar isə qaçmağa fürsət tapa bilmədilər. Amma bir para müsəlmanlar çeviklik
edərək arabalara qoşulmuş atları açıb onlara minib qaçdılar. İçi dolu on dörd araba
isə kazaklarla ermənilərin arasında qaldı. Ermənilər tökülüb həmin arabalarda olan
şeyləri qarət etməyə başladılar. Onlar arabalarda olan qəndi və başqa əşyaları
kazaklarla bölüşdürdülər.
Qaçan adamlar araba və əşyalarla gəlib Ağdama çıxdılar. Müsəlmanlar
əhvalatdan xəbərdar olan kimi xalq dəstə-dəstə yığışıb danışırdılar ki, oranın
pristavı bazara gəldi. Həmin saat ermənilər tərəfindən yolda qarət edilmiş 14
arabanın və əşyaların sahibi qalalı Məşədi Səlim adlı birisi pristavın yaxasından
tutub dedi ki, qarət edilmiş 14 arabanın və əşyaların qiyməti qırx min manat eləyir.
Mənim pullarımı verməlisən. Pristav gördü ki, ölüm məqamıdır.
Dedi məni
öldürmə, bir kağız verərəm ki, mən sizə 40 min manat borcluyam. Cənab Cəfər bəy
Vəzirzadə qol kağızı almağa razı olmadı. Çünki sonra divana deyər ki, məni
öldürürdülər, canımın qorxusundan verdim.
Pristav sözlə birtəhər onların əlindən çıxa bildi. İki
gündən sonra orada
qalan arabaları geri gətirdilər. O günün sabahısı Xankəndinin yaxınlığında
ermənilər tökülüşüb qalalı Məşədi Bəşir adlı bir oğlanın 200 qaramalını apardılar.
Həmin günlərdə Qaladan olan Cəmşid adlı bir nəfər Xocalının ətrafında yol
kənarında bir dükan açmışdı. Bağlardan satmaq üçün Qalaya gətirilən bəzi əşyaları
o, ucuz qiymətə alaraq burada açdığı dükanda başqa yerlərdən gələn ermənilərə
satırdı. Cəmşid kişinin övrət-uşağı da özü ilə birlikdə bu dükanda qalırdı.
Müsəlmanlar onu məzəmmət edərək nəsihət verirdilər ki,
sən müsəlmansan,
tutduğun iş şəriətdən uzaqdır, bu dava vaxtı gördüyün işdən əl çək, əks halda
peşman olarsan. Cəmşid kişi heç kəsi eşitmədi və öz nəfsinə qarşı çıxa bilmədi.
Çox keçmədi ermənilər bir gün tökülüb Cəmşid kişini və övrət-uşağını öldürdülər,
gözəl bir qızını əsir götürdülər, dükanında olan malları isə qarət edərək dağıtdılar.
Dostları ilə paylaş: