Mir Möhsün NƏvvab


GÜLABLI ƏHVALATI (1323-cü İL ZİLQƏDƏ AYI)



Yüklə 1,09 Mb.
Pdf görüntüsü
səhifə40/55
tarix09.10.2023
ölçüsü1,09 Mb.
#129867
1   ...   36   37   38   39   40   41   42   43   ...   55
Mir Mohsun Navvab - Armenian-Muslim Conflict in 1905-1906 1993

GÜLABLI ƏHVALATI (1323-cü İL ZİLQƏDƏ AYI) 
 
Bu günlərdə Tağ, Tuğ, Dağdağan, Mirikəndi, Harov və digər ətraf 
kəndlərdən ermənilər cəm olub qımdatlarla məsləhətləşərək belə qərara gəldilər ki, 
Qalanı asanlıqla ələ keçirmək üçün əvvəlcə ətraf kəndlərdə yaşayan müsəlmanları 
erməni hücumları ilə təngə gətirərək bir qismini qırmaq, digər qismini isə 
qaçırtmaq lazımdır. Kəndlərdən müsəlmanları təmizlədikdən sonra buralar xalis 
«Hayastan torpağına» (Ermənistan) çevriləcək. Bu məqsədlərini həyata keçirmək 
üçün əvvəlcə Gülablı üzərinə hücuma keçdilər. Onlar Gülablıya çatarkən əvvəlcə 
bir adam göndərdilər ki, kəndin özündən bir xəbər gətirsin. Həmin adam gəlib 
gördü ki, kəndin kişilərinin çoxu Qalada, kənd-bazarlarda, toylardadırlar. Kənddə 
isə övrət-uşaq və qocalardan və bir neçə tüfəngdardan başqa heç kəs yoxdur. Odur 
ki, ermənilər cəsarətlə kəndin üzərinə yeridilər. Əvvəlcə istədilər ki, məscidi 
dağıtsınlar. Kənddə olan tüfəngdarlar səngərlərə girərək erməniləri gülləyə 
tutdular. Beləliklə, atışma başladı və dörd saat davam etdi. Ermənilərin çoxusu 
açıqda, müsəlmanlar isə səngərlərdə olduğundan ermənilərdən 61 nəfər qətlə 
yetirildi. Az qalmışdı ki, ermənilər geri qayıtsınlar. Bu zaman müsəlmanların 
gülləsi qurtardı. Onlar qaçıb bir yerdə gizləndilər. Ermənilər əhvalatı başa düşüb 


62 
kəndə daxil oldular. Onlar evləri gəzə-gəzə qarət edirdilər. Ermənilər 20 nəfər 
uşaq, bir neçə qoca və bir kor kişinin qapıları bağlayaraq gizləndikləri bir evə 
çatdılar. Ermənilər evin bir tərəfini deşib ot-saman qoyaraq od vurdular. Evdəkilər 
tüstüyə tab gətirə bilməyib qapını açaraq bayıra çıxdılar. Ermənilər tökülüb bu 
günahsız uşaqların və qocaların hamısını gülləyə tutub qətlə yetirdilər. Əllərinə 
düşən malları isə qarət edib apardılar. Sonra isə məscidə dolaraq orada olan xalı, 
gəbə və sairə əşyaları qarət etdikdən sonra minbərinə od vurdular. 
Ermənilər Gülablıdan sonra Abdal kəndinə hücum edərək onu mühasirəyə 
aldılar. Bir gecə-gündüz atışma davam etdi. Bu davada müsəlmanlardan 40 nəfər 
kişi, övrət-uşaq qətlə yetirildi. Ermənilər burada da məscidi qarət etdilər. 

Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin