Mir Möhsün NƏvvab


AYRI-AYRI KƏNDLƏRDƏ BAŞ VERMİŞ MÜNAQİŞƏLƏR



Yüklə 1,09 Mb.
Pdf görüntüsü
səhifə42/55
tarix09.10.2023
ölçüsü1,09 Mb.
#129867
1   ...   38   39   40   41   42   43   44   45   ...   55
Mir Mohsun Navvab - Armenian-Muslim Conflict in 1905-1906 1993

AYRI-AYRI KƏNDLƏRDƏ BAŞ VERMİŞ MÜNAQİŞƏLƏR
(1323-cü İLİN ZİLQƏDƏ AYI) 
 
Bu tarixdə müsəlmanların Sərv kəndində ermənilərlə bərk toqquşması oldu. 
Müsəlmanların bir parası bu toqquşmaya hazır olmadığından əvvəlcə 
müsəlmanlardan iyirmi nəfər şəhid oldu. Bundan qeyzlənən müsəlman silahlıları 
«Ya Allah» deyərək erməniləri mühasirəyə alıb gülləbaran etdilər. Ermənilərdən 
50 nəfərdən çox adam öldürüldü, o qədər də yaralandı. Bundan sonra ermənilər 
qayıdıb səngərlərə girdilər. Müsəlmanlar da öz yerlərinə qayıtdılar. 
Həmin tarixdə Cavanşir müsəlmanları dəstə bağlayıb Çaylı kəndinə hücum 
etdilər. Bu hücumda on iki nəfər erməni öldürüldükdən və iyirmiyyə qədər 
yaralandıqdan sonra qalanları qaçmağa başladılar. Kənd tamamilə boşaldı və 
müsəlmanların əlinə keçdi. Qaçan ermənilər bütün kəndlərə səpələnərək baş vermiş 
hadisə haqqında onları xəbərdar etdilər. Bir neçə kənddən ermənilər toplaşaraq 
Dəmirli adlı müsəlman kəndinə hücum etdilər. Kəndin əhalisi uzaqgörənlik edib 
qabaqcadan əşya və azuqələrini başqa yerə aparmışdılar. Odur ki, bu balaca kəndə 
hücum nəticəsində o qədər də zərər dəyməmişdi. Kəndin əhalisi isə qonşu kəndlərə 
qaçmışdılar. 
Əhvalatdan xəbərdar olan Cavanşir igidləri bir neçə dəstə döyüşçü ilə 
Canyataq və Gülyataq kəndlərinin üzərinə yerimişlər. Onlar kəndləri hər tərəfdən 
mühasirə etsələr də iki yerdən qaçmağa fürsət var idi. 
Atı və ulağı olanlar öz övrət-uşaqlarını və azuqələrini götürüb həmin 
yerlərdən çıxıb qaçdılar. Kəndlərdə qalanlardan yüz nəfərə qədəri öldürüldü, 
yüzdən artığı da yaralandı. Kəndlərdə qalan ermənilərin yaxşı sursat ehtiyatı 
olduğundan səngərlərə girib atışırdılar. 


64 
HUMAY BƏY GƏRAY BƏY OĞLUNUN QƏTLİ 
 
Şuşa qalasının sakini Gəray bəyin oğlu Humay bəy ermənilərlə vuruşan 
dəstənin başçısı idi. Humay bəy mahir döyüşçü olduğundan camaata müharibə 
aparmağın üsullarını təlim edirdi. Bir gün beləcə təlim keçərkən oraya bir kazak 
gəlib çıxdı. O, əlini yuxarı qaldıraraq Humay bəyə təzim edib irəli gəldi. Kazak 
Humay bəylə əl tutduqdan sonra rusca ona dedi ki, bu tayfa (erməni) nə üçün bu 
nahaq davanı salıb xalqın rahatlığını kəsir. Humay bəy ona dedi ki, ermənilər özləri 
bu davanı başlayıblar, özləri də cəzasını çəkəcəklər. Bu vaxt Humay bəy geri 
döndü ki, təlim keçdiyi müsəlmanlara nə isə desin, bu zaman həmin namərd, məlun 
kazak Humay bəyi arxadan güllə ilə vurub şəhid etdi. Kazak Humay bəyi vuran 
kimi qaçıb ermənilərin içinə girdi. Sonradan məlum oldu ki, həmin kazak erməni 
imiş. 

Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin