Mir Möhsün NƏvvab



Yüklə 1,09 Mb.
Pdf görüntüsü
səhifə50/55
tarix09.10.2023
ölçüsü1,09 Mb.
#129867
1   ...   47   48   49   50   51   52   53   54   55
Mir Mohsun Navvab - Armenian-Muslim Conflict in 1905-1906 1993

GƏNCƏ ƏHVALATI 
 
1324-cü il səfər ayının 9-da Gəncənin müsəlman əhli yığışaraq 
qubernatorun yanına gəldilər və ərz etdilər ki, bizim dolanacağımız bağlarla 
əlaqədardır. Artıq bahar fəsli olduğuna görə biz bağlarımızı əkib-becərməliyik. 
Ermənilər yaşayan yerlərdə olan bağlarımızı əkib-becərməyə yenə ermənilər mane 
olacaqlar. Siz də razı olmursunuz ki, biz özümüz ermənilərlə görüşüb, aramızdakı 
ixtilafları yoluna qoyaq. Belə olan halda, biz nə etməliyik. 
Qubernator onun yanına gəlmiş Gəncə əhlinə bir neçə silahlı kazak verib 
bağlara yola saldı. Onlar bağlara çatan kimi ermənilər kazakları və Gəncə əhlini 
atəşə tutdular. Kazaklar da bir neçə güllə atdıqdan sonra onların hamısı yenidən 
qubernatorun yanına qayıtdılar. Əhvalatı qubernatora söylədikdən sonra 
müsəlmanlar qubernatordan xahiş etdilər ki, əgər bizə izn və rüsxət versəniz 
ermənilərin öhdəsindən biz özümüz gələrik və istədiyimizə nail olarıq. Qubernator 
müsəlmanların bu sözündən bərk qəzəbləndi. 
Bu zaman xəbər gətirdilər ki, ermənilər müsəlmanların bir sürü qoyunlarını 
çobanların əllərindən alıb apardılar. Qubernator bu xəbərdən daha çox qəzəbləndi 
və onun əmri ilə kazaklar erməni məhəlləsinə topdan bir neçə dəfə atəş açdılar. 


75 
QARABAĞ ƏHVALATI 
 
(1324-cü ilin səfər ayı—1906-cı ilin mart ayı) 
 
Ermənilərin Qarabağda törətdikləri cinayətlər və qırğınlar haqqında hər gün 
rus dövlət orqanlarına xəbər çatdırılsa da, heç bir tədbir görmürdülər. Nəhayət, 
Qarabağa bir neçə yüz silahlı kazak göndərildi. Əvvəlcə Ağdama gələn bu silahlı 
kazaklar ermənilərin fitvası ilə burada müsəlmanlara qarşı ədalətsiz hərəkətlərə yol 
verdiklərinə görə, böyük qarışıqlıq əmələ gəldi. Kazakların silahsız əhaliyə qarşı 
açdıqları atəş nəticəsində üç nəfər adam qətlə yetirildi. Həkim Mirzə Məhəmmədin 
oğlu Mirzə Mehdini də məscidin qabağında dəstamaz aldığı yerdə güllə ilə vurub 
öldürdülər. 
Ağdam əhalisi hadisə ilə əlaqədar yuxarı dövlət orqanlarına şikayət 
etdikdən sonra hərbi qubernatoru oraya göndərdilər. Qubernatorun Ağdama 
gəldidiyini bilən kimi camaat meydana toplaşdı. Qubernator camaata müraciət 
edərək dedi ki, ey müsəlmanlar, bizim padşahımız sizdən çox razıdır. Siz padşahın 
sağ gözü, kazaklar isə sol gözləridir. Kazakların bu xətalarını bağışlayın. Qarışıqlıq 
düşdüyündən səhv ediblər. 
Hərbi qubernator müsəlmanlara təskinlik verdikdən sonra Ağdama gəlmiş 
kazakların bir neçə dəstəsini ermənilərə qulaqburması vermək üçün Tağ, Tuğ, 
Güney və Quzey Çartaz kəndlərinə göndərdi. Kazaklar bu dörd kəndi tüfəng və top 
atəşinə tutdular və bir çox evlərə od vurub—yandırdılar. Ermənilərin övrət-uşağı 
ağlaya-ağlaya, 
çığıra-çığıra 
kazaklara 
yalvarırdılar. 
Kazaklar 
onların 
yalvarmalarına baxmayaraq, evlərə girib, əllərinə keçən pulu, qızılı, gümüşü, daş-
qaşı və başqa zinət şeylərini qarət edir, qadınların və qızların üstündə olan zinətləri 
qoparıb aparırdılar. Evlərdə olan sandıqları sındırıb içində olan təzə və köhnə 
palazların hamısını götürüb aparırdılar. Bir para şeyləri isə çıxarıb bir-birinin 
üstünə yığaraq od vururdular. Gözəl erməni qız və qadınlarını zorlayaraq 
ismətlərinə təcavüz edirdilər. Bu əhvalat haqqında Qalaya xəbər çatdıqdan sonra 
ermənilər pul toplayıb dövlətin böyüklərinə teleqraf vuraraq kazakların yaramaz 
işlərindən şikayət etdilər. 
ƏLAVƏ:
Kazaklar yuxarıda göstərilən erməni kəndlərini dağıdarkən bir 
evdən xeyli gümüş pul tapılmışdı. Onlar bu pulların bir hissəsini divana vermiş, bir 
hissəsini isə camaata satmışdılar. Camaat elə bilmişdi ki, rus puludur. Amma sonra 
məlum oldu ki, həmin gümüş pullar Yaponiyada hazırlanıbmış. Həmin pullardan 
biri də mənim (M. M. Nəvvab) əlimə düşmüşdü. 

Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin