16
silahlanaraq atlara minib, qəzəblənmiş aslan kimi nərə çəkə-çəkə üz qoydular
İrəvanda qırğın olan yerlərə. Yollarda əllərinə düşən erməniləri öldürüb, mallarını
talan edib, evlərinə od vurub yandırırdılar. Ermənilərin qaçanları
gəlib bir böyük
kənddə cəm olmuşdular. Həmin kənddə dövlətin divanxanası və bir az qoşunu var
idi. Həmin qoşun erməni—müsəlman arasında gedən qırğını dayandırmaq üçün
kürdlərə mane oldular. Qafqaz canişininin göstərişi ilə cənab Şeyxülislam
həzrətləri katolikos Hayrik ilə gəlib məsciddə və kilsədə dualar və xütbələr
oxuyub, xalqa nəsihətlər verdilər. Bununla da iki xalq arasında gedən qırğınları
dayandırdılar.
Bu əhvalatdan sonra erməni qımdatları başqa şəhər və kəndlərə dağılaraq
yerli erməni əhalisini müsəlmanlara qarşı davaya qaldırmaq üçün onlar arasında
təbliğat aparmağa başladılar. Uzaqgörən və davaya qoşulmaq istəməyən ermənilər
qımdatların bu fitnə-fəsadlarından uzaq olmağa çalışırdılar. Qımdatlar
isə belə
erməniləri fürsət düşən kimi tutub öldürürdülər.
Həmin bu tarixdə, yəni 1905-ci ildə Tehran və onun ətrafında, eləcə də,
Xorasanda vəba xəstəliyi yayılmışdı. İki ay davam edən bu xəstəlik nəticəsində hər
gün təqribən yüz adam ölürdü.
Dostları ilə paylaş: