Mirvariyə çevrilən ürək qanı



Yüklə 1,52 Mb.
səhifə10/239
tarix10.01.2022
ölçüsü1,52 Mb.
#109471
1   ...   6   7   8   9   10   11   12   13   ...   239

Axı sən nə üçün, seyid?


İranda əmmamənin və din alimlərinin müxtəlif şəkillərdə ələ salınması ümumi bir ənənəyə çevrilmiş, cəmiyyətin bütün təbəqələrinə keçmişdi. Hətta mən də bundan uzaq qala bilməmişdim.

Məhəlləmizdə Şeyx Faiqi adlı bir əmmaməli var idi. İmanlı insan idi, məclislərdə rövzə oxuyurdu. Başına böyük bir əmmamə qoyurdu. Seyrək saqqalı, kiçik və cəld uzunqulağı vardı. Yandakı küçədə qalırdı. Uzunqulağı ilə hər gün sürətlə evimizin önündən keçirdi.

Bir gün dostlarımla voleybol oynayırdıq. Mən bu idman növü ilə daha çox məşğul olmuşam. Oynayanda əmmaməmi çıxarır və ruhani geyimlərindən olan qəba ilə kifayətlənirdim. Oyun vaxtı ağa Faiqinin uzaqdan ulağının belində sürətlə gəldiyini gördük. Uşaqlar sözləşdilər ki, onu ələ salsınlar. Yaxınlaşanda mən də daxil olmaqla hamımız qışqırmağa başladıq: "A şeyx! A şeyx!" Bu söz öz-özlüyündə pis bir söz deyil, "ağa şeyx" sözlərinin qısaldılmış formasıdır, lakin kollektiv şəkildə və gülərək qışqıranda məsxərə sayılırdı.

Yaxınlaşanda ulağının başını bizə tərəf çevirib hirslə üstümüzə gəlməyə başladı. Uşaqlar qaçdılar, mənsə dayandım. Uzunqulaqdan enib mənə yaxınlaşdı. Məni və atamı tanıyırdı, əmmaməli olduğumu bilirdi. Buna görə də, təəccüb və narazılıqla, eyni zamanda yumşaq və mehriban şəkildə gülümsəyib dedi: "Axı sən nə üçün, əziz seyid?"



Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   239




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin