Mirvariyə çevrilən ürək qanı


Kamera yoldaşımla yuxumuz



Yüklə 1,52 Mb.
səhifə109/239
tarix10.01.2022
ölçüsü1,52 Mb.
#109471
1   ...   105   106   107   108   109   110   111   112   ...   239

Kamera yoldaşımla yuxumuz


Həbsxanadakı doğruçu yuxulara qayıdıram. İndi onların ikisini xatırlayıram. Birini özüm görmüşəm, digərini də kamera yoldaşım.

Yuxuda gördüm ki, Məşhəddə bir məsciddəyəm. Həmin məscidi tanıyıram, bazarın ortasında yerləşir. Məscidin imamı ağa Milaninin yaxınlarından və xüsusi tələbələrindən olan ağa Ələmülhüda idi. Ağa Milani onu həmin məscidə imam təyin etmişdi. Məscidin qapısının sağ və solunda dayanmış iki kişi gördüm. Sanki iki mələk idilər, boyları o qədər uca idi ki, yalnız ayaqlarını görürdüm. Sonra gördüm ki, divarların suvağı qopub, məscidin xalçalarını toplayıblar və yerinə toz-torpaq tökülüb.

Oyananda yuxumu yoldaşıma danışıb dedim ki, ya ağa Ələmülhüda vəfat edib, ya da ağa Milani.

Həmin gün, ya da ertəsi gün məni dindirməyə apardılar. Bu dəfə başqa bir otağa getdik. Gördüm ki, Baş müstəntiq Kavə məni gözləyir. Mənə bəzi suallar verdi və söhbət əsnasında dedi:

– Yəqin bilirsən ki, ağa Milani vəfat edib.

– Mən haradan bilim?!

– Bəli, vəfat etdi.

Bu məsələ 1975-ci ilin baharına aiddir.

İkinci yuxu kamera yoldaşımın yuxusudur. Əvvəldə deyim ki, o da ruhanilərdən, orada mənimlə qalan son şəxslərdən idi. O, zalım hökumətə müəyyən qədər meylli idi. Buna baxmayaraq, onu da həbs edib döydülər. Bəlkə də məndən məlumat öyrənmək üçün yanıma salmışdılar. Əlbəttə, mən azad olundum, o isə həbsxanada qaldı. O, yuxusu haqda belə deyirdi:

"Yuxuda gördüm ki, sizinlə birgə Rey şəhərində həzrət Əbdüləzim Həsəninin məqbərəsinə getmişik. Sən məqbərənin uca minarəsinə baxıb dedin: "Mən bu minarənin başına çıxmaq istəyirəm". Mən dedim ki, bu, qeyri-mümkündür. Sən dedin ki, yox, mümkündür. Birdən yerdən qalxıb minarənin ən hündür yerinə çıxdın. Oradan mənə əl yelləyib çağırdın və dedin: "Gördün ki, bunu bacardım?!" Mən mat-məəttəl dayanıb sənə baxırdım. Birdən minarənin başından uçurmuş kimi havaya atıldın, sonra əl işarənlə mənimlə sağollaşıb göyə uçdun!"

Yuxusunu danışanda dedim ki, bunun təbiri mütləq şəhadət olmalıdır. Lakin təbiri azadlıq idi. Bir neçə gündən sonra həbsxanadan azad olundum.


Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   ...   239




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin