Mirvariyə çevrilən ürək qanı



Yüklə 1,52 Mb.
səhifə130/239
tarix10.01.2022
ölçüsü1,52 Mb.
#109471
1   ...   126   127   128   129   130   131   132   133   ...   239

Sürgündən azadlıq


Bir axşam polis rəisi gəlib mənə dedi ki, azadsan. Nə təəccübləndim, nə də sevindim; xəbəri laqeyd şəkildə qarşıladım. Mənim reaksiyamı görüb çox təəccübləndi. Dedim ki, Ciroftda qalmaq istəyirəm. Təəccübü daha da artdı və israrla dedi ki, fürsəti əldən verməyib gedim. Ona dedim ki, yox, burada qalıram. Bu sözü deməkdə məqsədim vardı; ehtimal verirdim ki, mənim azadlığım yolda fiziki məhvimdən ötrü bir təxribat olar. Bəzilərini sürgündən qayıdarkən yolda süni qəza ilə öldürmüşdülər. Bu xəbəri radiodan eşitmişdim. O zaman parlamentdə gedən müzakirələr canlı yayımlanırdı. Bunu onda deputatların biri demişdi. O zaman parlamentdə qəribə çəkişmə gedirdi. Bəzi deputatlar özlərini xalqa göstərməkdən ötrü inqilabçıları müdafiə etmək istəyirdilər.

Polis rəisinin israrı mənim ehtimalımı gücləndirirdi. Qərara gəldim ki, rəsmi şəxslərin xəbəri olmadan Ciroftdan gedim. Bir nəfəri Bəm şəhərində yük avtomobilinin sürücüsü olan dostum Hacı Siddiqinin, bir nəfəri də Yəzdanpənah adlı birinin yanına göndərib hər ikisini Cirofta çağırdım. Gələndə məsələni danışıb onlara Ciroftdan gizli şəkildə çıxmaq istədiyimi bildirdim. Dedilər ki, sizi gecə vaxtı apararıq, amma gərək avtomobiliniz və əşyalarınız burada qalsın ki, gedişinizdən xəbər tutmasınlar. Evdə çoxlu əşyalarım vardı, hamısını görüşə gələnlər gətirmişdilər. Zəruri əşyaları götürüb qalanlarını orada qoydum. Oradakılara dedim ki, bu əşyalar Cirofta sürgün edilənlərə vəqf olunur. Lakin Allahın köməyilə inqilab qələbə çaldı və onlardan heç kim istifadə etmədi.

Gecənin yarısı Ciroftdan çıxıb Bəmə getdik. Sonradan qardaşların biri mənim avtomobilimi Bəmə gətirdi. İki gün orada qalıb əhali ilə görüşdüm, sonra Kirmana yola düşdüm. Bu, maraqlı və gözəl xatirələrlə dolu bir səfər oldu. Bu dəfə də gecə hərəkət etdik. Böyük bir sevinc hissindən ötrü bir neçə səbəb vardı: azadlıq, xalqın əzm və iradəsi İslam inqilabının güclənməsi, aydın gələcək. Bütün bunlar gecə vaxtı sevinc dolu bir səfərin həzzini tamamlayırdı.

Kirmanda hövzə mədrəsələrinin birində qaldım. Sonra bazara ayaqqabı və corab almağa getdim. İranşəhr və Ciroftda hava çox isti olduğuna görə corab geyinə bilmirdik. Kirman isə isti deyildi. Hər halda, ayaqqabıya pulum çatmadı, təkcə corab alıb qayıtdım.

Rəfsəncandan olan Şeyx Abbas Purməhəmmədi1 Kirmana sürgün olunanlardan idi. O, əvvəlcə Lingə limanına sürgünə göndərilmiş, sonra xəstələndiyinə görə müalicə məqsədilə Kirmana köçürülmüşdü və bir tacirin evində qalırdı. Kirmana gəldiyimi bilib məni evə dəvət etdi və israrla qalmağımı istədi. Qəbul edib iki gün orada qaldım. Həmin iki günün hamısı görüşlə keçdi. Kirmanlılar məni öncədən tanıdıqlarına görə görüşə gəlirdilər. Səhərdən axşama qədər evə gələn müxtəlif quruplarla görüş keçirirdim.

İraq hakimiyyətinin İmam Xomeyniyə qarşı təzyiqlərini və onun evinin mühasirəyə alındığını Kirmanda eşitdik.

Oradan Yəzdə getdim. Cənab Səduqi sözün əsl mənasında şəhərin rəhbəri idi. O, bütün siyasi və iqtisadi işlərdə insanların vəzifə və mövqelərini təyin edir, hər şeyi öyrədirdi. O, cəsarətlə inqilab işlərində iştirak edir, heç kimdən və heç nədən qorxmadan şir kimi zalım hakimiyyətlə vuruşur, gecə vaxtı şəhərdə təkbaşına gəzirdi.

Yəzddə olanda İmam Xomeyninin Parisə getdiyini eşitdim. Yəzddən təyyarə ilə Tehrana, oradan da Məşhədə getdim. Məşhəddə qalıb inqilabi fəaliyyətləri davam etdirməyə başladım. Nəhayət, İmam Xomeyninin fərmanı ilə İnqilab Şurasının üzvü təyin edilib Tehrana çağırıldım.

1979-cu ilin 11 fevralında inqilab qələbə çaldı, 1981-ci ildə prezident seçildim. Sürgündən azad ediləndən İnqilab Şurasının üzvlüyünə qədər təxminən dörd ay çəkdi, prezident seçilənə qədər isə üç il.
Əvvəl də, sonra da hökm Allahındır. O gün möminlər sevinəcəklər Allahın köməyi ilə. (Allah) istədiyinə kömək edər. O, yenilməz qüvvət sahibi, mərhəmət sahibidir!”1

Sənin Rəbbin – yenilməz qüvvət sahibi olan Rəbbin (müşriklərin) Ona aid etdikləri sifətlərdən tamamilə uzaqdır! Peyğəmbərlərə salam olsun! Aləmlərin Rəbbi olan Allaha həmd olsun!”2


Mündəricat


Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   126   127   128   129   130   131   132   133   ...   239




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin