Atam öz yoxsulluğu barədə heç vaxt heç kimlə danışmadı, hətta əksinə, o qədər gözütox idi və zahiri görkəminə fikir verirdi ki, camaat onu varlı adam bilirdi. 14
Atam öz yoxsulluğu barədə heç vaxt heç kimlə danışmadı, hətta əksinə, o qədər gözütox idi və zahiri görkəminə fikir verirdi ki, camaat onu varlı adam bilirdi. 14
Yayda ən bahalı əba olan xaçiyə əbası,qışda da din alimləri arasında geniş yayılmış mahud əbasından bahalı olan naini əbası geyinərdi. Lakin görünmədiyinə görə bəzən qəbası yamaqlı olardı. 14
Adətən, dəvə yunundan əllə toxunmuş bir parçadan hazırlanan gözəl yay əbasıdır. 14
Atam mənə xüsusi məhəbbət bəsləyirdi, səfərə mənimlə çıxırdı. O, bir dəfə görmə qabiliyyətini itirdi, amma sonradan sağaldı. Tehranda müalicə alırdı. Bundan ötrü üç dəfə Tehrana getdi, amma məndən başqa heç kimlə yola çıxmadı. 1963-cü ildə mən Qumda olanda atam məktub yazdı ki, Məşhədə gedib onu Tehrana aparım. Lakin təbliğat məsələləri ilə bağlı Zahidanda mənə bir iş tapşırıldığına görə Məşhədə getməyim gecikdi. Zahidana getdim və orada həbs olundum. Həbs zamanı ən çox, mənsiz səfərə çıxmayan atama görə narahat idim. 14
Yadımdadır, həbs olunandan sonra məni təyyarə ilə Zahidandan Tehrana gətirdilər. Təyyarədə oturduğum yerdə atam yadıma düşdü, qəlbimə ağır kədər çökdü, bütün vücudumu narahatlıq bürüdü. Fikirləşdim ki, təyyarədə beləyəmsə, gör həbsxanaya girəndə necə olaram. Allah-Taalaya dua edib ürəyimin sakitləşməsini istədim. Bu məsələ bir neçə dəqiqəliyə yadımdan çıxdı. Sonra yenə atamı xatırlayanda hiss etdim ki, daha əvvəlki iztirab və narahatlıq yoxdur. Qəlbimdə sıxıntı vardı, amma ləzzətini indi də aydın xatırladığım bir arxayınlıq da vardı. Duamı qəbul etdiyinə, mənə vüqar və rahatlıq verdiyinə görə Böyük Allaha şükür etdim. Bu nemətin qədrini yalnız o vəziyyətə düşmüş adam bilər. 15
Anam Nəcəfdə doğulub böyüdüyünə görə ərəb ləhcəsilə danışırdı. Quranla tanış idi, onu gözəl səslə və yaxşı oxuyurdu. Ömrünün sonlarında səsi tutulmuşdu, mənim qiraətim ona gözəl səsini xatırladırdı. Hər gün atasının hədiyyə verdiyi Quranla Allah kəlamını oxuyurdu. Onun qiraət üslubu bizi kiçik yaşlarımızdan özünə cəzb etmişdi. Onun başına yığışıb qiraətini dinləyirdik. O da fürsətdən istifadə edib bəzi ayələri tərcümə edir, peyğəmbərlərin əhvalatlarından danışırdı. Həzrət Musanın (ə) əhvalatlarını çox sevdiyinə görə onun həyatının bütün təfərrüatını bizə söyləmişdi. Musa peyğəmbər (ə) barədə çox həvəslə danışır, biz də dinləyirdik. 15
Hafizin divanını oxuyurdu, bəzi şeirlərini əzbərləmişdi. Hədislə də tanış idi. Bəzən hədis söyləyəndə atam etiraz edirdi ki, indiyədək bu hədislə rastlaşmayıb. O isə hədisin mənbəyini söyləyirdi. 15