Qədir-Xum bayramında da mənə belə başlayan bir qəsidə göndərmişdi: 42
Ey Əbəl-Hüseyn (İmam Əli)! Sizin nəzərinizdə olan bir bayramda ətirli salamlar olsun sizə! Bu günün mövlası Əmirəlmöminin idi; bu gün də siz əmr sahibi və onun dostusunuz. 42
Həmçinin belə başlıqlı bir qəsidə də göndərmişdi: 42
Ey İran! Sevinclər içindən yenə səhər baş qaldırdı. Səhərin açıldığını elan et ki, əldən çıxmasın. 42
O, bu qəsidədə sükutuna görə onu qınayan bəzi qardaşlara cavab da vermişdi: 42
Deyirlər ki, sükut etmisən, halbuki sən bir qığılcımla kütlələrin ayıqlığını alovlandıran ən qorxunc od idin. 42
Lakin o, dostların sükut etdiyini görüb sükut edirdi: 42
Ancaq silahlarını yerə qoyduqlarını görüb, mən də silahımı cəhənnəmin dibinə atdım. 43
Cəvahirini belə yad etməkdə məqsədim müasir ərəb şeirinin yaxşılarına sevgimi bildirmək idi. Ümidvaram bu növ şeirlər ümmətin ləyaqətli yaşayış istiqamətində amallarını ifadə etmək məsuliyyətini yerinə yetirmiş olsun. 43