Mədrəsədə böyük bir otaq vardı. Onu süpürüb təmizlədik və qonaqlarımızı gözləməyə başladıq. 45
Mədrəsənin qapısı açıldı və bir qrup qonaq içəri girdi. Onların arasında Nəvvab Səfəvini axtarmağa başladım. Onu təsəvvürümdə ucaboy və enlikürək bir adam kimi canlandırırdım, ancaq əksinə, arıq və qısaboy bir adam gördüm. Başında qara əmmamə vardı, gülərüz idi, kimi görürdüsə, təbəssümlə salam verirdi. Bir seyidlə rastlaşanda da deyirdi ki, əmioğlu, salam əleyküm. Öz-özümə dedim: Qəribədir! Şah rejimini iflic etmiş Nəvvab Səfəvi budur?! 45
Seyid ruhanilər başlarına qara əmmamə qoyurlar (müt.). 46
Dostları ilə paylaş: |