Nəvvab İslama, cəmiyyətə diqqət və İslamın gələcəyi barədə düşünmə hissini vücudumun dərinliklərində oyadan bir alov şöləsi oldu. 47
Bunu da deməliyəm ki, Ayətullah Kaşaninin dövründə və Nəvvabın gəlişindən bir il qabaq, yəni 1952-ci ildə bəzi ayıq natiqlər də Məşhədə gəlmişdilər. Mən onların məclislərində iştirak etməyə, cəsarətlərindən ilham almağa çox həvəsli idim. 47
Həmin səfərdən iki il sonra, 1955-ci ildə Nəvvab edam edilib şəhadətə qovuşdu. Mən o zaman Nəvvab mədrəsəsində Hacı Şeyx Haşim Qəzvinidən dərs alırdım. Bu xəbərdən sonra bütün ölkəni, xüsusən də elm hövzələrini vahimə bürüdü. Müəllimimiz Hacı Şeyx Qəzvini o zaman yeganə ruhani idi ki, Məşhəddə bu vahiməni sındırdı, dərsinin əvvəlində Nəvvab haqda danışdı, onun edamına kəskin etiraz etdi, həyəcanla və ucadan dedi: "Peyğəmbər övladına qarşı belə edərlər?!" 47