Mirvariyə çevrilən ürək qanı


Beşinci fəsil: İnqilab vulkanı 53



Yüklə 1,52 Mb.
səhifə153/239
tarix10.01.2022
ölçüsü1,52 Mb.
#109471
1   ...   149   150   151   152   153   154   155   156   ...   239
Beşinci fəsil: İnqilab vulkanı 53

Hələ Məşhəddə olanda İmam Xomeyninin adını eşitmişdim. O zaman o, Hacı ağa Ruhullah adı ilə tanınırdı və tələbələr arasında ciddi tədrisi ilə məşhurlaşmışdı. Dərsində ciddi və çalışqan olan hər bir gənc tələbə Qum hövzəsində onun dərslərində iştirak etmək istəyirdi. 53

1958-ci ildə Quma gedəndən sonra imamın üsul dərsində iştirak etməyə başladım. Qumda olduğum altı il ərzində bu dərsi davam etdirdim. İmamın fiqh dərslərində də iştirak etdim, ancaq həmişə yox. Çünki bəzi illərdə Hacı ağa Mürtəza Hairinin dərslərinə getmişəm. Bu, ağa Hairinin dərslərinin üstün deyil, sakit olduğuna görə idi. Hacı ağa Mürtəzanın dərsində tələbə az olurdu. O da elmi və mənəviyyatı ilə məşhur idi, ancaq tədris üsulu çoxlarını qane etmirdi. Sonradan digər dərs yoldaşlarım da getdilər və mən sinifdə tək qalıb dərsi davam etdirdim. O mərhələdə yalnız bir tələbənin iştirak etdiyi ikinci bir sinif yox idi. 53

Ayətullah Hacı Şeyx Mürtəza Hairi Yəzdi (1916-1985) Qum Elm Hövzəsinin təsisçisi olmuş Hacı Şeyx Əbdülkərim Hairi Yəzdinin oğlu idi, böyük ustadlardan elm öyrənmişdi. Onun elmi mövqeyi və Qum Elm Hövzəsinin banisinin oğlu olması Ayətullah Bürucerdinin rəhbərliyi dövründə İmam Xomeyni və digər din alimləri ilə birgə hövzə islahatçıları heyətində fəaliyyət göstərməsinə səbəb olmuşdu. Onun İmam Xomeyni ilə qədimdən münasibəti vardı və inqilabdan sonra Dini Ekspertlər Məclisinə üzv seçildi. 53



1962-ci ilə qədər İmam Xomeynidə heç bir inqilabçılıq əlaməti müşahidə olunmurdu. O, ciddi bir müəllim idi, səliqəli və çox təmiz geyinirdi. Dərsə başıaşağı girirdi, heç bir tələbəyə baxmırdı. Dərsini ciddi şəkildə deyib tələbələrin sual və iradlarına çox diqqətlə cavab verir və tələbələrlə münasibət qurmadan eyni şəkildə bayıra çıxırdı. Buna baxmayaraq, hətta dərslərində iştirak etməyən tələbələr tərəfindən də çox sevilirdi. 53

İndi o günlər barədə fikirləşəndə bu insanın hərəkata başlamazdan öncəki sükutuna çox təəccüblənirəm. Onun hərəkata başlayandan sonra verdiyi bəyanatlar göstərir ki, sakit bir vulkan kimi imiş və birdən-birə püskürmüşdü. Mən həmişə deyirəm: İmamın sükut riyazəti ən böyük riyazətlərdən biri olmuşdur. O, tam bir mömin nümunəsi idi. 54

İmam Xomeyni atamla dost idi. Mən hər dəfə Məşhədə gedəndə onunla sağollaşmağa gedirdim, o da atama salam göndərirdi. Məşhəddən qayıdanda da onun yanına gedirdim və atamın halını soruşurdu. Bəzi suallarla bağlı da onun yanına gedib-gəlirdim. 54

İmamın hərəkatı başlayanda onun bayrağının altına qoşulmağa tam hazır idim. Çünki istədiyim hər bir şeyi bu hərəkatda görürdüm. Yadımdadır, imamın hərəkatından bir il sonra Qumda küçədən keçəndə Höccətiyyə mədrəsəsinin qapısında imamın ikinci bəyanatını gördüm. İmam Xomeyni bu bəyanatda Əsədulla Ələmə emüraciət etmişdi ki, orada İslamın qüdrəti və müsəlman alimlərin başucalığı aydın görünürdü. Bəyanatın sözləri bütün vücuduma hopdu, elə orada səcdəyə getmək istədim. Bu bəyanat bütün duyğu və arzularımı ifadə edirdi. O zaman bildim ki, imam bu yolu axıracan gedəcək. 54

Höccətiyyə mədrəsəsi 1942-ci ildə təqlid müctəhidlərindən Ayətullah Seyid Məhəmməd Höccət tərəfindən təsis edilmiş, son onilliklərdə Qum şəhərinin böyük və mühüm dini təhsil mərkəzlərindən olmuşdur. Memarı məşhur filosof və islamşünas Əllamə Seyid Məhəmmədhüseyn Təbatəbai olmuş bu mədrəsə hazırda Beynəlxalq əl-Mustafa Universitetinin institutlarından biri kimi fəaliyyət göstərir. 54



Əsədulla Ələm (1919-1978) Məhəmmədrza Pəhləvi hakimiyyətinin ən mühüm fiqurlarından biri idi. 2 il Baş nazir, 12 il Saray naziri vəzifəsində çalışmış, şahın ən yaxın dost və sirdaşlarından olmuşdu. Ələm ölkə və din əleyhinə bir çox müstəmləkə layihələrində iştirak etmişdi. Onların ən mühümü onun hökumət başçısı olduğu vaxt İmam Xomeyni hərəkatını boğmağa dair addımları idi. Onun yazdığı gündəlik məxfi qeydlər Pəhləvi tarixinin mühüm sənədlərindən sayılır. 54

Qum Elm Hövzəsi ağa Bürucerdinin vəfatından sonra yetim qalmışdı. Belə bir şəraitdə İmam Xomeyni möhkəm və uca bir dağ kimi ayağa qalxıb zalım hakimiyyətlə son dərəcə cəsarətlə və qüdrətlə danışırdı. İmamın belə mövqeyi təbii ki, İslam və müsəlmanların başucalığını arzulayan idealist bir insanın bütün hisslərinə təsir edirdi. 55


Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   149   150   151   152   153   154   155   156   ...   239




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin