Mirvariyə çevrilən ürək qanı


Həbsxana xatirələrinə keçməzdən öncə bəzi məqamları xatırlatmaq yerinə düşər: 65



Yüklə 1,52 Mb.
səhifə159/239
tarix10.01.2022
ölçüsü1,52 Mb.
#109471
1   ...   155   156   157   158   159   160   161   162   ...   239
Həbsxana xatirələrinə keçməzdən öncə bəzi məqamları xatırlatmaq yerinə düşər: 65

Biri budur ki, ruhani təcridxanaları əvvəllər çox da çətin olmurdu. Ruhanilər orada çox qalmırdılar, işgəncə də yox idi, lakin şah zindanları üçün saydığım bütün xüsusiyyətlər vardı. İslam hərəkatı gücləndikcə ruhani həbsxanaları da çətinləşdi, kobudluq, təzyiq və işgəncələr başlandı və uzunmüddətli hökmlər çıxarıldı. 65

İlk həbsimdən İslam inqilabının qələbəsi ərəfəsində sürgündən qayıtdığım günə qədər ötən 16 il ərzində ruhaniləri kütləvi şəkildə həbs ediblər. Bu müddətdə məhbus ruhanilərin sayı digər siyasi qruplara, universitet və ya bazar dustaqlarına nisbətən çox olub. Bəzən onların sayı bütün siyasi məhbusların sayından çox olurdu. 65

Həbsxanada keçirdiyim dövr ümumilikdə iki ildən bir qədər artıq olar. Lakin bu müddəti bir neçə dəfə çoxaltmaq lazımdır. Çünki onun əksərini təkadamlıq kamerada keçirmişəm. Ümumi həbsxanadakı təkadamlıq kamera, azad həyatdakı ümumi həbsxana kimidir. Təkadamlıq kameradakı dustaq ümumi həbsxanaya köçürülmək üçün günləri sayır; sanki həbsxanadan azadlığa çıxacaq. Mənsə heç vaxt ümumi həbsxananın üzünü görmədim. Dostlarım ümumi rejimli cəzaçəkmə müəssisələri barədə danışanda deyirdilər ki, orada dustaqlar arasında öyrənib-öyrətməyə, qarşılıqlı münasibətə və bəzi idmanlara şərait olur. Oranı görməyi çox istəyirdim, amma əksərən bu işlərdən məhrum idim. 65


Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   155   156   157   158   159   160   161   162   ...   239




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin