On beşinci günün çıxışında öz vəzifələrinə əməl edən ruhaniləri təriflədim, zalım hakimiyyətlə razılaşan, onun xeyrinə addım atanları isə tənqid etdim. 81
Söhbət tərzim elə idi ki, sanki qarşımda oturmuş fərzi bir saray ruhanisinə müraciət edirdim; vəzifələrinə əməl etmədiyinə, zalımlara təslim olduğuna, İslama və müsəlmanlara xəyanət etdiyinə görə onu danlayırdım. 81
Həmin şeyx məclisdə oturmuşdu. Ağa Kəfəmi də mehrabda səccadəsinin üzərində əyləşmişdi. Mən çox cəsarətlə danışırdım. Bu, oradakı ən yaxşı çıxışlarımdan oldu. Sonra da İmam Hüseyn (ə) müsibətindən danışıb minbərdən endim. 81
Camaat əvvəlki günlərdə məndən sonra oturub həmin şeyxi dinləyirdilər. Bu dəfə isə ayağa qalxıb tərif və təşəkkürlə mənə yaxınlaşmağa başladılar. Mən bayıra çıxdım, camaat da ardımca məscidi tərk etdi. Həmişəki kimi, istirahət etmək üçün otağıma getdim. 81
Hələ içəridə ikən şeyxin minbərin birinci pilləsində ayaq üstə dayandığını görmüşdüm. O, camaatdan xahiş edirdi ki, yalnız on dəqiqəliyə dayanıb dinləsinlər, amma camaat ona məhəl qoymadan məsciddən çıxdı. İçəridə bəlkə əlli nəfərdən də az adam qaldı. 81
Məscidin həyətindəki otağa girəndən təxminən on beş dəqiqə sonra bayırdan səs eşitdim. Bir nəfər qışqırır, kimisə söyürdü. Yerimdən qalxıb pəncərəyə yaxınlaşdım. Ağa Kəfəmi şir kimi nərə çəkirdi. Əmmaməsinin bir ucu hələ də boynundan asılı qalmışdı. Camaat da onun arxasında idi. Çox təəccübləndim. Bir neçə dəqiqədən sonra həmin şeyxin başıaşağı və məyus halda məsciddən çıxdığını gördüm. 81
Sonra həmin şeyxin dostlarından olan bir dülgər kişi yanıma gəlib dedi: "Şeyx minbərdə bəzi sözlər dedi, ağa Kəfəmi də hirsləndi, ayağa qalxıb camaata dedi: "Camaat, bu adamın söhbətini dinləmək haramdır!" Sonra bayıra çıxdı, camaat da onun ardınca getdi”. 82
Sonra öyrəndim ki, həmin rəzil şeyx minbərdə mənim təriflədiyim din alimlərini təhqir edirmiş. Odur ki ağa Kəfəminin başqa yolu qalmamış, öz dini vəzifəsinə bu şəkildə əməl etmişdi. Bu hadisədən sonra əmin oldum ki, həmin şeyx Zahidanda heç bir iş görə bilməyəcək. 82
Həmin gün möminlərin biri bizi iftara dəvət etmişdi. İftardan sonra məsciddəki otağıma qayıdıb moizəyə hazırlaşmağa başladım. Bu zaman bir nəfər qapını döydü. Yaraşıqlı və gözəl kostyum geyinmiş bir gənc idi. Salam verib dedi: "Siz Xameneisiz?" 82
– Bəli. 82
– Polis rəisi sizi görmək istəyir. 82
– Nə üçün? 82
– Elə-belə, bəzi məsələlər barədə danışmaq istəyir. 82
– Mən bunun mənasını bilirəm. Bu, xeyrinizə olmaz. Mən bu axşam moizəyə dəvət olunmuşam. Əgər camaat məni saxladığınızı bilsə, xüsusən bu gün məsciddə baş verənlərə görə sizə pis olar. 82
Dostları ilə paylaş: |