Mirvariyə çevrilən ürək qanı


Məclisin xərclərini hər axşam bir nəfər ödəyirdi. Pulsuz olduğuma görə bu qayda mənə aid deyildi. Əsas xərc də çay və şəkər xərci idi. 96



Yüklə 1,52 Mb.
səhifə176/239
tarix10.01.2022
ölçüsü1,52 Mb.
#109471
1   ...   172   173   174   175   176   177   178   179   ...   239
Məclisin xərclərini hər axşam bir nəfər ödəyirdi. Pulsuz olduğuma görə bu qayda mənə aid deyildi. Əsas xərc də çay və şəkər xərci idi. 96

Zindanda Avanesyan adlı bir erməni də vardı. Sonradan bildik ki, o, Kommunist partiyasının rəhbərlərindəndir. O, digər dustaqlardan çoxlu pulu və imkanları ilə seçilirdi. Bir dəfə bizim ramazan məclislərimizə yaxınlaşdı, mənim söhbətimi dinləyib çox sevindi. Bir neçə gündən sonra yanımıza gəlib dedi ki, icazə verin, növbəti məclisin xərcini üzərimə götürüm. 96

Biz kameralarda bir-birimizə baş çəkməyə gedirdik. Ərəb qardaşlar mənim yanıma çox gəlirdilər, mən də onların kameralarına gedirdim. 97

Mən kameranın təmizliyinə çox əhəmiyyətli yanaşırdım, amma digərləri riayət etmirdilər, siqaretin külünü və kötüyünü yerə atmağa vərdiş etmişdilər. Siqaret qutularından külqabı düzəltmişdim, onların biri siqaret çəkəndə külqabını əlinin altına qoyurdum. Həmin adam da mənə təəccüblə baxıb əlini yana çevirirdi ki, siqaretin külü külqabıya tökülməsin! 97

Həmin zindanda bir ay yarım qaldım. Orada çoxlu gülməli və ağlamalı hadisələr baş verdi. Bir müddət mənə koridora çıxmağa icazə verilmədi. Bir dəfə Tehran ləhcəsi ilə danışan yeni dustaqların səsini eşitdim. Bildim ki, yeni qonaqlar var. Sözlərinə qulaq asıb bir neçə saat öncə həbs olunduqlarını anladım. Onların biri mənim kameramın pəncərəsini açıb içəri baxdı və adımı soruşdu. Adımı və Məşhəddən bir hövzə tələbəsi olduğumu söylədim. Onlar da özlərini təqdim edib həbs səbəblərini dedilər. Bazarın gənc tacirlərindən idilər, ramazan ayında bazardakı came məscidinin inqilabçı ruhanilərindən birinin moizəsini dinlədikləri yerdə hissləri coşmuş və bəzi şüarlar vermişdilər. Polis də hücum edib onları tutmuş, zindana gətirmişdi. 97

Onları görməyimə çox sevindim. Hələ onda xuzistanlılarla dostlaşmamışdım. Bir neçə saatdan sonra eşitdiyim səslərdən isə azad olunduqlarını bildim. Onlar gedəndən sonra sanki nəsə itirdim. 98

Şam namazını bitirib namaz sonrası dualarımı oxumağa başladım. Bu zaman onlardan biri kameramın pəncərəsini açıb dedi: "Ağa seyid, mən qayıtdım". Digərlərini soruşanda dedi ki, azad olundular. Bildim ki, bu, onlardan seçilibmiş. Onu uzun müddət zindanda saxladılar. Sonradan mənə koridora çıxmağa icazə veriləndə gəlib mənimlə iftar edirdi. Çox sadəlövh adam idi. Onun əksinə olaraq, İran İslam hərəkatında iştirak edən digər bazar gəncləri əksərən istedadlı və çoxbilmiş olurdular. 98

Həmin şəxs sadəlövhlüyündən zindanın nəzarətçi gizirlərindən onu azad etmələrini istəyirdi. O, gizirlərdən o qədər israrla xahiş edirdi ki, yazıqlar məcbur qalıb deyirdilər ki, yaxşı, filan gün azad olunacaqsan. Bunu eşidən dostumuz sevindiyindən uçmağa qalırdı. Mənim yanıma gəlib onların belə bir söz verdiklərini söyləyir və deyirdi: "Azad dünyaya dair nə qulluğun olsa, hazıram!" 98

Axırda mən azadlığa çıxdım, o isə hələ zindanda idi. Eşitdim ki, məhkəmədə təxminən bir il həbsə məhkum olunmuşdu. 98

Onun cinayəti də qəribə və gülməli idi: dəftərçəsindən bir beyt avam şeiri tapılmışdı. Çox zəif şeir idi. Məzmunu belə idi: 98


Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   172   173   174   175   176   177   178   179   ...   239




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin