Qoca və gənc - hamınız deyin: 98
Allahın lənəti olsun böyük Rza şaha! 98
Belə bir əsassız ittihamla yazığa həbs hökmü verdilər. Bu məsələ məhkəmə və hakimlərin necə yaramaz olduqlarını göstərir. 98
Qeyd etdim ki, gizir rütbəli beş hərbçi növbə ilə dustaqlara nəzarət edirdi. Başçıları Saqi, digər dörd nəfərin ikisi kobud, ikisi isə mehriban idi. Saqi ucaboy, enlikürək və güclü bir hərbçi idi; özünə görə şəxsiyyəti vardı, farscasında türk ləhcəsi azacıq hiss olunurdu. Özü gizir olsa da, zabitlərə əmr verirdi. Mən bunu özüm gördüm. Bir dəfə istintaq otağında bir polkovnik-leytenant məni dindirirdi. Bu zaman Saqi icazəsiz otağa girib polkovnik-leytenantla amiranə və kobud tərzdə danışmağa başladı. Bir dəfə də SAVAK-ın rəisi Pakrəvan zindana baxış keçirməyə gələndə onun qüdrətinə şahid oldum. Pakrəvanla birgə on zabit də gəlmişdi və onların ən aşağı rütbəlisi polkovnik-leytenant idi. Onların arasında danışan yeganə adam Saqi idi. Pakrəvan mənim kamerama gələndə bəzi suallar verdi, mən də cavablandırdım. Bu zaman Saqi gurultulu, bir qədər batıq və çox cəsarətli səsi ilə müdaxilə edib məni göstərdi və dedi: "General, bu, sakit dustaqdır". 99
Həsən Pakrəvan 1960-1964-cü illərdə SAVAK-ın, habelə ordunun Xüsusi idarəsinin sədri, nazir, bir müddət də səfir olmuş, İrana qayıdandan İslam inqilabına qədər sarayın yaxın adamlarından biri kimi fəaliyyət göstərmişdir. Pakrəvan inqilabdan sonra törətdiyi müxtəlif cinayətlərə görə ölüm hökmünə məhkum edildi. 99
Saqi cəsarətli və alicənab adam idi, möhkəm və vəziyyətindən razı dustaqları sevir, onlara hörmət edirdi. Əksinə, zəiflik göstərənlərə qarşı kobud davranırdı. Bir dustağın yalvardığını və ya ağladığını görəndə söyür, həbsə düşməsinə səbəb olan işinə görə danlayırdı. 99
Qardaşların biri sonralar bu hərbçinin alicənablığı və mərdliyi barədə mənə çox danışdı. O, deyirdi ki, azadlığa çıxandan sonra Saqi onu evinə dəvət edib və evində onunla bir çox məsələlər barədə söhbət edib. 99
İnqilabdan sonra siyasi zindanların bütün əməkdaşları kimi Gizir Saqi də həbs olundu. Mən onda İnqilab Şurasında idim. Şura çoxlu üzvlərin iştirakı ilə bir iclas keçirdiyi zaman Saqinin həbs xəbəri verildi. Şuranın bütün üzvləri narahat oldular. Qızıl qala zindanına oradakıların əksərinin yolu düşmüşdü, Saqini tanıyırdılar. İnqilab Şurasında razılığa gəldik ki, bir məktub yazıb ondan razılığımızı bildirək. Bu işi gördük və məktub hamı tərəfindən imzalandı. 100
*** 100
Dostları ilə paylaş: |