Əbu-zəyyə
1963-cü ildə Qızıl qala zindanında1 Xuzistandan olan bəzi ərəb dustaqlarla rastlaşdım. Həbslər haqda söhbət açanda o qardaşlar barədə məlumat verəcəyəm. İndi isə həmin dustaqlarla görüşəndə ərəbcə danışığımı gücləndirməyə həvəsim barədə məlumat vermək istəyirəm.
Onlar iranlı olduqlarına görə farsca da bilirdilər, ancaq mən onlarla ərəbcə danışırdım. Onların arasında şeir və ədəbiyyat barədə məlumatı olan, çoxlu şeirlər bilən bir kişi vardı. Ondan eşitdiyim çoxlu şeirləri yadımda saxladım. O, əl-Həbubinin şeirlərinə vurğun idi, daim ondan oxuyurdu. O kişinin adı Seyid Baqir Nəzari idi.
Ərəb qardaşlar həbsxanada Əbu-zəyyə adlanan yerli şeir formasında da oxuyurdular. Onların arasında Ali-Nasir əl-Kəbi ləqəbli savadlı və aydın bir gənc vardı. Mən onunla ərəbcə çox söhbət etdim, ona bir qədər ərəb qrammatikasını öyrətdim. Ərəb olsa da, qrammatikanı bilmirdi. Həmçinin məndən ona türk dilini öyrətməyimi istəyirdi. Mən də ondan bir qədər ingiliscə öyrəndim.
Dostları ilə paylaş: |