Mirvariyə çevrilən ürək qanı



Yüklə 1,52 Mb.
səhifə196/239
tarix10.01.2022
ölçüsü1,52 Mb.
#109471
1   ...   192   193   194   195   196   197   198   199   ...   239
Ramazan gecələrində Quran qiraətinə, ibadət və duaya əlverişli şərait yaranırdı. Yadımdadır, fitr bayramı gecəsində min dəfə İxlas surəsi oxunan müstəhəb namazı qıldım. 135

Bu, həbsxanadakı ikinci ramazan təcrübəm idi. İlk həbsxanada ramazan ayının yarısını qalmışdım, ikincidə isə hamısını. Beşinci həbs zamanı yenə bütün ramazan ayını həbsxanada qaldım. Beşinci həbsdə çox çətinlik çəkdim, amma bütün məşəqqətlərinə baxmayaraq, nəfsin islahı, Allahla ünsiyyət və Quran ayələri üzərində təfəkkür baxımından çox səmərəli imkan idi. Bu həbsxanaya dair qeyd etdiyim xatirələrin çoxu mübarək ramazan ayına aiddir. 136

Bu və öncəki həbsxanada hərbçi dustaqlar arasında əxlaqi faciəyə canlı şahid oldum. Bu faciə diqqətsizlikdən çox xüsusi bir plandan xəbər verirdi. Həbsxanaya gətirilən hər şey güclü yoxlanışdan keçsə də, dustaqlar arasında narkotik maddələr geniş yayılmışdı. 136

Eşitmişdim ki, həbsxananın zabitlər saxlanan hissəsində araq da içirlər. Bu həbsxanalarda həşişdən narkotik maddə kimi istifadə edirdilər: məhbuslar fırlana-fırlana ondan çəkir, keflənib ağızlarına gələni danışırdılar. Sağlam bir gənc bu həbsxanalara girən kimi yoldan çıxırdı. Onlar daha çox üfunətli bir bataqlığa bənzəyirdi, Allahın xüsusi rəhm etdiyi adamlardan başqa hər kəs ona bulaşırdı. Hələ hərbi həbsxana olduğuna görə burada ciddi nizam-intizam vardı. Digər həbsxanaların vəziyyətini də özünüz təsəvvür edin. 136

Mən o şəraitdə mümkün olan hər kəsi xilas etməyə çalışırdım. Ramazan ayına bir qədər qalmış dustaqları toplayıb moizə etdim, ölümü, axirəti, qiyamətin sorğu-sualını yada saldım. And içib söz verdilər ki, oruc tutacaqlar. Birinci gün həqiqətən də tutdular. İkinci gün günortaya qədər dözdülər, amma həbsxananın fəsad dolu şəraiti iradələrini zəiflətdi, nəsihətlərimin təsiri sona çatdı və oruclarını yedilər. Xatirələrimdə kimin yalnız birinci gün, kimin də ikinci gün günortaya qədər oruc tutduğunu qeyd etmişəm. 136

İşimi hərbi tribunala göndərdilər. Hərbi tribunal qarnizonun ortasında yerləşirdi. Bu həbsxanada olduğum müddətdə ora ilə əlaqəm kəsilmədi; ya tribunal məni suallara cavab verməyə çağırırdı, ya da mən bəzi məsələlərə etiraz olaraq tribunala məktub yazırdım və nəticədə etirazlarıma cavab verməyə çağırırdılar. 137

Etiraz etmişdim ki, qanunun icazə verdiyi halda nə üçün məni zaminə buraxmırlar. Ailəmlə, dostlarımla görüşə icazə vermədiklərinə, habelə istintaq mərhələsinin bitdiyinə baxmayaraq, hələ də təkadamlıq kamerada saxlandığıma görə də etiraz etmişdim. Bilirdim ki, tribunal bunların heç birini təmin etməyə qadir deyil, ancaq yenə də qanunsuz əməllərə etirazımı bildirmək istəyirdim. Yadımdadır, bir dəfə hakim mənim tələblərimə cavab olaraq dedi: "Gərək SAVAK-a müraciət edəsiz!" Bu sözü bilmədən ağzından qaçırdı, mən də onun əleyhinə istifadə etdim. Onun bu sözünə təəccüblənib dedim: "Bir məhkəmə SAVAK-ın təsiri altında ola bilərmi?!" O, tez sözünü dəyişib Məşhəd SAVAK-ının rəisini tərifləməyə başladı. Məhkəmə vaxtı təyin olundu. Mən özümü müdafiə etməyə hazırlaşmaq üçün istintaq işini istədim. Məhkəmə mənə hərbçi bir vəkil təyin etmişdi, amma bilirdim ki, onun müdafiəsi formal bir şeydir, təsiri olmayacaq. Özüm otuz səhifəlik müdafiə yazdım. 137

Təyin edilən gün məhkəməyə çıxdım. Məhkəmənin sədri, iki hakim, prokuror və vəkil başda oturmuşdular. Hamısı hərbçi idi, çiyinlərində poqon, sinələrində orden parlayırdı. Çox lovğa halda oturmuşdular. Mən müdafiə çıxışını güclü və qətiyyətli səslə oxudum. Keçən həbsxanada olduğu kimi, bu dəfə də qanuna dəqiq istinadla və məntiqli şəkildə tərtib etmişdim. 137

Bir hövzə tələbəsindən belə çıxış gözləmirdilər. Onlar ruhaniləri heç nə anlamayan geriqalmış insanlar sayırdılar. Üzlərində və bir-birlərinə baxışlarında alqış əlamətləri görürdüm. Fasilə zamanı çıxışda seçdiyim sözlərə və ifadə tərzimə görə məni təriflədilər. 138

İclas bitəndən sonra bayırda gözləməyimi istədilər. Bayıra çıxıb səbirsizliklə məhkəmənin hökmünü gözləməyə başladım. Həmin gün məhbusların görüş gününə təsadüf edirdi. Yoldaşım və qohumlarım da görüşə gəlib qapının önündə gözləyirdilər. Tribunal qarnizonun ortasında yerləşdiyinə görə giriş qapısından uzaqda idi. Onlar günortaya qədər gözləmişdilər, sonra bəzisi getmiş, bəzisi qalmışdı. Hökm verilmişdi, amma xüsusi vərəqlərə yazılmalı, məhkəmə iclasında oxunmalı idi. Mən bunu gözləyirdim. 138

İş vaxtı bitdi. Tribunalın işçilərindən biri bayıra çıxanda qapının önündə bir ailənin gözlədiyini görmüş, mənim qohumlarım olduğunu bilmişdi. Onlara mənim azadlıq hökmümün çıxdığını bildirmişdi. Beləliklə, onlar bu hökmü məndən qabaq öyrənmişdilər. Çox gözləyəndən sonra keşikçilərin biri demişdi ki, siz gedin, o da azad olunub gələcək. Bundan sonra evə qayıtmışdılar. 138

Günortadan iki saat sonra məni çağırıb həbsxanada saxlandığım müddətdən az olan həbs hökmümü elan etdilər. Qərara gəldilər ki, məni azadlığa buraxıb adətən, bir aydan sonra keçirilən apelyasiya məhkəməsinin hökmünü gözləsinlər. 138

Məhkəmə sədri nəzarətçi əsgərlərə əmr etdi ki, yanlarındakı adamın məhkum olmadığını bildirmək üçün silahlarını çiyinlərinə qoysunlar və lazımi idari işləri görmək üçün həbsxanadan çıxmağıma yardım etsinlər. 139


Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   192   193   194   195   196   197   198   199   ...   239




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin