Onların bəziləri bütün islamçı mübarizlərə bu dərəcədə nifrət bəsləyirdilər. 142
Apelyasiya məhkəməsindən öncə bəzi sənədləri hazırlamaq üçün hərbi prokurorluğa müraciət etdim. Orada gənc bir zabitin mənə çox baxdığını hiss edirdim. Sanki nə isə demək istəyirdi. Ona yaxınlaşanda dilləndi. 142
– Sənə bir söz demək istəyirəm. 142
– Buyur. 142
– Birinci məhkəmədəki kimi çıxışlardan uzaq dur. Onlar sizdə xüsusi istedad görsələr, işinizi çətinləşdirəcəklər. Özünüzü sadəlövh və aldanmış bir adam kimi göstərsəniz, xeyrinizə olar. 142
Ona təşəkkür edib getdim. Lakin din alimlərinə təhqirlə yanaşan təkəbbürlü bir məhkəmə qarşısında özümü o şəkildə göstərə bilməzdim. Apelyasiya məhkəməsinə girəndə bildim ki, həmin gənc zabit məhkəmənin katibi imiş. 142
Məhkəmənin sədri əvvəllər Baş prokuror olmuş məşhur bir adam idi. O məni sual atəşinə tutdu. Müxtəlif məsələlər barədə fikrimi soruşur, mən də cavab verirdim. Sonra iki tərəfində oturmuş müşavirlərinə dedi: "Bu adamın on il həbsə ehtiyacı var ki, bütün vaxtını yazmağa və araşdırmağa sərf etsin". 142
Dostları ilə paylaş: |