Mirvariyə çevrilən ürək qanı


İcazə verdi və evdən mənə bir Quran gətirdilər. 158



Yüklə 1,52 Mb.
səhifə210/239
tarix10.01.2022
ölçüsü1,52 Mb.
#109471
1   ...   206   207   208   209   210   211   212   213   ...   239
İcazə verdi və evdən mənə bir Quran gətirdilər. 158

Zülmət qaranlıqda Quran oxumaq mümkün deyil. Nəzarətçiyə dedim ki, Quran oxumaq istəyirəm, qapını açın. 158

Gedib icazə aldı. Qapının 10 sm-ə qədər açıq qalmasına icazə verdilər. Quran oxumaq üçün bu qədər kifayət edirdi. Həmin ayda çoxlu Quran oxudum və əzbərlədim. Əlbəttə, işgəncə ilə yanaşı Quran oxuyub oruc tutduğuma görə gözüm daha da zəiflədi. 158

Bu həbsxanaya aid xatirələrimdən biri də saqqalımın qırxılmasıdır. Saqqal saxlamaq dində bəyənilmiş əməl olmasından əlavə, həm də ruhani geyiminin ayrılmaz bir hissəsi sayılır. Birinci həbsimdə saqqalımın qırxılması mənə faciə kimi gəlmişdi. Sonrakı həbslərdə isə saqqalımı qırxmadılar. Məşhəd həbsxanalarında da belə qayda yox idi. Bu həbsxanada din alimlərindən birinin saqqalının qırxıldığını görüb mənim də eyni taleyi yaşayacağımı anladım. 158

Həftənin bir günü saç-saqqal qırxılmağa ayrılmışdı. Həmin gün bütün dustaqların bir otağa gedib-gəldiklərini eşidirdim. Bir qədər sonra növbə mənə çatdı. Düşünürdüm ki, nə edim; təslim olum, yoxsa müqavimət göstərim? Dua edib Allahdan yardım istədim. 158

Növbəm çatanda kameramın qapısı açıldı. Həbsxana rəisi məni görən kimi dedi ki, yox, sən qal. Və qapı bağlandı. Bunu heç gözləmirdim. Allaha şükür etdim. Bu hərəkət hər həftə təkrar olundu. Mən bundan azad olunan yeganə məhbus idim. 159

Burada ibrətli bir hadisə danışım. Bu hadisə göstərir ki, yalnız həbsə düşmək insanın şəxsiyyətini inkişaf etdirmir. Həyatın digər təcrübələri kimi, həbs də bəzilərinin təcrübəsini artırır, iradəsini möhkəmləndirir, şəxsiyyətlərini inkişaf etdirir, bəzilərinə heç bir müsbət və mənfi təsir buraxmır, bəzilərinin isə şəxsiyyətini məhv edir. Bu, məhbusun fikir və iradəsinin və həyat məqsədinin yüksəkliyinə bağlıdır. 159

Kameraların birində yaşca məndən böyük olan bir ruhani dost vardı. O, paxıllıq xəstəliyindən çox əziyyət çəkirdi. Allah bizi və sizi bu xəstəlikdən qorusun! Onun saqqalının qırxılma vaxtı gəldi. Məni bundan azad etdiklərini bilirdi. Bir gün saqqalını qırxmaq üçün kamerasının qapısını açanda etiraz etməyə başladı: "Mən saqqalımı qırxmanıza imkan verməyəcəm. Nə üçün 14 saylı kameradakı dustağın saqqalını qırxmırsız?" Saqqalını qırxmalarına dayanmadan etiraz edir və dəlil olaraq da mənim bundan azad edilməyimi göstərirdi. Çox narahat oldum və məni təhlükəyə salan belə rəftarına görə təəccübləndim. O, etirazında haqlı idi, buna çoxlu dəlil söyləyə bilərdi, amma məni hədəf göstərməyə məcbur deyildi. Axırda nəzarətçiyə belə dedi: "Get, rəhbərliyə de ki, 14 saylı kameranın dustağı saqqalını qırxmağa getmir, mən də getməyəcəyəm!" 159

Narahat olub saqqalımı qoruması üçün Allaha dua etdim. Az sonra bir zabit gəlib o şeyxin kamerasının qapısını açdı, onu söyüş və təhqirlə saqqalını qırxmağa apardı. Digər dustaqları da bir-bir apardılar. Düşünürdüm ki, şeyxin o rəftarından sonra məni də apararlar. Lakin bu dəfə də mənim kamerama çatanda qapını açmayıb digərinə keçdilər. Rahat nəfəs alıb Allah-Taalaya şükür etdim. 159

Həmin həbsxananın acı xatirələrindən biri də bəzi tələbələrimin işgəncəyə məruz qalmasıdır. Orada əksəri tələbələrim olan ondan artıq əmmaməli ruhani vardı. Universitetdə təhsil alan bəzi tələbələrim də orada idilər. Orada bəzi xüsusi tələbələrimin işgəncələrinə şahid oldum. Bizim onlarla gizli dərslərimiz olurdu. 160

Onların biri Seyid Abbas Musəvi Quçani idi. O, sonradan müharibədə şəhadətə qovuşdu. Həmin həbsxanada mənim kameramın yanındakı 15 saylı kamerada saxlanırdı. 13 saylı qonşu kamerada da başqa bir ruhani tələbəm saxlanırdı. Onlar bəyanat və gizli vərəqələr yayarkən ələ keçmişdilər. Əlbəttə, mənim həbsim başqa motivlə bağlı idi, onlarla əlaqəsi yox idi. 160

Şəhid Seyid Abbas Musəvi Quçani (1945-1982) mübariz ruhanilərdən və Ayətullah Xameneinin Məşhəddəki tələbələrindən olmuşdur. O, SAVAK tərəfindən dəfələrlə həbs olunmuş, o cümlədən, 1971-ci ilin oktyabrında şah rejiminin 2500 illik bayramlarına etiraz zamanı Ayətullah Xamenei ilə əməkdaşlığına görə azadlıqdan məhrum edilmişdi. O, İslam inqilabından sonra İnqilab komitələrində fəaliyyət göstərmiş, müharibə başlayandan sonra cəbhəyə yollanmış və 1982-ci ilin baharında Xürrəmşəhrin azadlığı əməliyyatında şəhadətə qovuşmuşdur. 160



13 Saylı kameradakı ruhani işgəncə altında etiraf etdi ki, bəyanatları Musəvidən almışdır. Elə qəddar işgəncə altında etiraf etmək təbii idi və buna görə kimisə qınamaq olmaz. Lakin Musəvi etiraf edə bilməzdi. Çünki onun etirafı böyük bir faciə törədər, hərəkatın yüksək səviyyəli şəxslərini təhlükəyə salardı. Məsələ olduqca həssas və təhlükəli idi, dözməkdən başqa yol yox idi. 160

Həmin ruhaninin ayaqlarının altına o qədər vurmuşdular ki, çökək yaranmışdı. Onun yeri bəlkə bu günə qədər qalır. Musəvini daha çox vurdular, işgəncə verdilər. O, işgəncədən qayıdanda elə zarıyırdı ki, adamın ürəyi kabab olurdu. Ona misilsiz bir vəhşiliklə işgəncə verirdilər. Bir gün onu aparıb işgəncə verdilər və qaytardılar. Bir saatdan sonra yenidən aparıb işgəncə verdilər. Axşam yatmaq vaxtı çatanda isə yenidən işgəncəyə apardılar. Bu iş gecənin yarısı bir də təkrar olundu. Mən onun qışqırtısını gecə-gündüz eşidirdim, hər səsi qəlbimə od vururdu. Ona verilən işgəncələrin hər biri misli görünməmiş mənfur cəlladlıq nümunəsi idi. 161

Bu həbsxanada Musəviyə yalnız mənim oxuduğum Quran ayələri təsəlli verirdi. O, işgəncə otağından qayıdanda səsimi eşidirdi. Mən qəsdən elə ayələr seçirdim ki, yaralarına məlhəm olsun, qəlbini sakitləşdirsin, iradəsini möhkəmlətsin. Bəzən də Quran oxuduğum intonasiya ilə onunla ərəbcə danışır, ona dözümlü olmasını tövsiyə edirdim. 161

Həbsxana rəhbərliyi Musəvini həmin ruhanidən uzaqlaşdırmaq qərarına gəldi. Onu uzaqda yerləşən bir kameraya apardılar, orada qəribcəsinə qaldı və heç kim ona təskinlik verə bilmədi. O, mənə yaxınlaşmaq və səsimi eşitməkdən ötrü müxtəlif yollara əl atırdı. 161

İşgəncə zamanı ayağı yaralanmışdı, yeriyə bilmirdi, tualetə gedəndə yanı üstə sürünürdü. İki tualet vardı: biri onun kamerasının yaxınlığında idi, biri də mən qalan tərəfdə. O, mənə yaxınlaşmaqdan ötrü nəzarətçiyə deyirdi: "Görürsən ki, ayağım yaralıdır, bu tualetə gedə bilmirəm, o birinə getməliyəm". 161


Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   206   207   208   209   210   211   212   213   ...   239




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin