Mirvariyə çevrilən ürək qanı


Onunla bir qədər danışdım, ruhlandı və kamerasına döndü. O, bu üsulla bir neçə dəfə mənimlə söhbətləşdi. 162



Yüklə 1,52 Mb.
səhifə212/239
tarix10.01.2022
ölçüsü1,52 Mb.
#109471
1   ...   208   209   210   211   212   213   214   215   ...   239
Onunla bir qədər danışdım, ruhlandı və kamerasına döndü. O, bu üsulla bir neçə dəfə mənimlə söhbətləşdi. 162

O seyid həmin həbsxanada işgəncə olunan tələbələrimin yalnız biri idi. Onun kimilər çox idi. 162

Bu həbsxanada xatirələrimin biri də İran şahlığının 2500 illiyinə dair bayramlarla bağlıdır. Bu bayramlar İslam hərəkatına və islamçılara ən böyük təhqir idi. Şah bu bayramlara milyonlarla pul xərcləmiş, misilsiz israfçılıq etmiş, xalqın problemlərindən əziyyət çəkən bütün şəxslərin qəlbini yaralamışdı. Xalq bir tikə çörəkdən ötrü əzab çəkir, bugünkü ən ibtidai həyat şəraitindən – içməli sudan, elektrik enerjisindən, asfalt yoldan, normal təhsil və səhiyyə xidmətlərindən məhrum idi. 163

Şah bu bayramlarla həm də İran tarixini İslamdan ayırmaq, İslamdan öncəki İranı qüdrətli və əzəmətli göstərmək, dolayı yolla İslamın İranı məhv etdiyini çatdırmaq istəyirdi. Bu məsələ məktəblərdə tədris olunan tarix kitablarında və saraya bağlı yazıçıların çıxışlarında açıq şəkildə deyilirdi. Eyni zamanda şah rejimi İslamla əlaqəsi olmayan və kökləri qədim Həxamənişi sivilizasiyasına dayanan bir İran mədəniyyəti üzərində təkid göstərirdi. 163

Ondan bir qədər sonra şah hicri-şəmsi təqvimini ləğv edib yerinə şahənşah təqvimini gətirdi: hicri-şəmsi tarixi ilə 1350-ci (1971) il birdən birə şahənşah təqvimi ilə 2550-ci ilə çevrildi. Əlbəttə, bu dəyişiklik də olduqca mənalı idi. 163

Gülməli, eyni zamanda ağlamalı bir məqam da bu idi ki, həmin bayramlarda ərəb ölkələrindən çoxlu nümayəndələr iştirak edir, İslama, İslam fəthinə və ərəb tarixinə aid hər bir şeyə qarşı belə böyük təhqirdən ötrü şahı təbrik edirdilər. 163

Bəli, islamçılar bu bayramların proqramını ifşa etməkdən, onun üçün xərclənmiş pulların məbləğini açıqlamaqdan ötrü bütün səylərini göstərdilər, hicri təqviminin dəyişdirilməsinə etiraz etdilər. Nəhayət, bir neçə ildən sonra tağut rejimi geri çəkilməyə məcbur oldu, İslam inqilabından bir neçə ay öncə isə şahənşah təqvimini rəsmən ləğv etdi. 163

Müsəlman İran xalqı şahın İranı İslam tarixindən və İslam dünyasından ayırmağa yönəlmiş bütün irqçi siyasətlərinə qarşı mübarizələrini davam etdirdilər. Nəhayət, Allah-Taalanın izni ilə böyük qələbə əldə olundu, İran İslam ailəsinə qayıtdı. İnqilab qələbənin ilk anlarından ərəb qardaşlarla ayrılığa səbəb olan bütün maneələri ortadan götürməyə başladı. Lakin bunun qarşısında ərəb dövlət başçılarından – Allah bizi və onları hidayət eləsin – nə gördü? Bu da xüsusi söhbətin mövzusudur. 164

Hər halda, biz bu həbsxanada kameraların içində həmin bayram tədbirlərinin səslərini eşidirdik. Həbsxanaya hakim olan qorxu və qəddarlığa baxmayaraq, dustaqlar bir şeir oxumaqla öz qəzəb və narazılıqlarını bildirdilər. Həmin şeir belə başlayırdı: 164


Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   208   209   210   211   212   213   214   215   ...   239




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin