Altıncı həbsim 1974-cü ildə baş tutdu. Ozamankı ictimai mövqeyim beşinci həbsdən öncəki mövqeyimlə çox fərqli idi. Məscid imamı olduğuma görə geniş ictimai əlaqələrim vardı. Məscid imamlığına əvvəlcə İmam Həsən (ə) məscidində başladım, sonra isə Kəramət məscidində davam etdirdim. Birinci məscid bir küçədə yerləşən kiçik məscid idi, ikincisi isə böyük idi. O, təkcə böyüklüyünə görə deyil, həm də həssas yerdə, şəhərin dini mərkəzinin, yəni İmam Rzanın (ə) məqbərəsinin və dini mədrəsələrin yaxınlığında yerləşdiyinə görə əhəmiyyətli idi. Digər tərəfdən, şəhərin modern hissəsinə, universitet və kinoteatrların yerləşdiyi yerə yaxın idi. Eyni şəkildə bazarın, ticarət adamlarının da yaxınlığında yerləşirdi. Bu səbəbdən həmişə bir-birindən uzaq gəzmiş, bir-biri ilə ziddiyyətdə olmuş müxtəlif təbəqələrin birləşdiyi yer idi. 165
İmam Həsən (ə) məscidi Məşhəd şəhərinin Sərşur məhəlləsinin cənubunda yerləşir. Ora əvvəlcə məhəllənin tacirləri tərəfindən abadlaşdırılan kiçik bir yer idi. Sonralar camaatın, xüsusən də gənclərin fəal iştirakına görə tədricən genişləndi. Məscid Ayətullah Xameneinin imamlığı ilə açılmış və dini-inqilabi təlimlərin təbliğat mərkəzinə çevrilmişdi. 165
Bu məscid əvvəlcə Hacı Seyid Mahmud Kəramətin evi idi. İmam Rzanın (ə) müqəddəs məqbərəsinin şimalında get-gəlli bir məhəllədə yerləşirdi və sonradan məscidə çevrildi. Məscidin banisi əvvəldən Ayətullah Xameneini məscidə imam kimi dəvət etmək istəyirdi. Bu dəvət həyata keçəndən sonra din dərslərini daha dəqiq şəkildə öyrənmək istəyən gənclər oraya axışdılar. İslam inqilabına yaxın aylarda məscid məşhədli inqilabçıların mərkəzinə çevrilmişdi. 165