İkinci yuxu kamera yoldaşımın yuxusudur. Əvvəldə deyim ki, o da ruhanilərdən, orada mənimlə qalan son şəxslərdən idi. O, zalım hökumətə müəyyən qədər meylli idi. Buna baxmayaraq, onu da həbs edib döydülər. Bəlkə də məndən məlumat öyrənmək üçün yanıma salmışdılar. Əlbəttə, mən azad olundum, o isə həbsxanada qaldı. O, yuxusu haqda belə deyirdi: 191
"Yuxuda gördüm ki, sizinlə birgə Rey şəhərində həzrət Əbdüləzim Həsəninin məqbərəsinə getmişik. Sən məqbərənin uca minarəsinə baxıb dedin: "Mən bu minarənin başına çıxmaq istəyirəm". Mən dedim ki, bu, qeyri-mümkündür. Sən dedin ki, yox, mümkündür. Birdən yerdən qalxıb minarənin ən hündür yerinə çıxdın. Oradan mənə əl yelləyib çağırdın və dedin: "Gördün ki, bunu bacardım?!" Mən mat-məəttəl dayanıb sənə baxırdım. Birdən minarənin başından uçurmuş kimi havaya atıldın, sonra əl işarənlə mənimlə sağollaşıb göyə uçdun!" 191