Mirvariyə çevrilən ürək qanı


Yuxusunu danışanda dedim ki, bunun təbiri mütləq şəhadət olmalıdır. Lakin təbiri azadlıq idi. Bir neçə gündən sonra həbsxanadan azad olundum. 191



Yüklə 1,52 Mb.
səhifə225/239
tarix10.01.2022
ölçüsü1,52 Mb.
#109471
1   ...   221   222   223   224   225   226   227   228   ...   239
Yuxusunu danışanda dedim ki, bunun təbiri mütləq şəhadət olmalıdır. Lakin təbiri azadlıq idi. Bir neçə gündən sonra həbsxanadan azad olundum. 191

Yeri gəlmişkən, yadımda qalmış qəribə yuxulardan birini də danışım. Səhv etməsəm, 1967 və ya 68-ci ilə aiddir. 192

O zaman Məşhəddə siyasi vəziyyət olduqca, ağır idi, islamçılar güclü repressiya altında idilər. Belə ki yalnız bir neçəsi istisna olmaqla digər dostlar mübarizədən əl çəkməyi üstün tutdular. 192

O zaman yuxuda gördüm ki, həzrət İmam Xomeyni vəfat edib, cənazəsi Məşhəddə bizim ata evimizin yaxınlığında bir evdədir. Dəfnə çoxlu adam toplaşıb, mən də oradayam. Ürəyim sıxılırdı, bütün vücudumu qəm-kədər bürümüşdü. Tabutu çiynimizə götürüb yola düşdük, ardınca izdiham da irəliləməyə başladı. Orada bir çox din alimləri vardı, mən onlarla birgə gedirdim. Adət üzrə cənazə bizdən öndə gedirdi, əksəri ruhanilərdən ibarət insanlar da onun arxasınca. Mən yolda ucadan ağlayır, əlimlə dizimə vururdum. Üzlərini xatırladığım bəzi din alimləri isə buna məhəl qoymadan və əsla kədərlənmədən bir-biri ilə söhbət edir, gülüşürdülər. Bu məni daha da narahat edirdi, ancaq əlimdən bir şey gəlmirdi. 192

Cənazə şəhərin sonuna çatdı. İnsanların çoxu qayıtdı, amma mənimlə birgə iyirmi-otuz nəfər şəhərdən çıxıb yola davam etdik. Sonra cənazə bir təpəyə çatdı. Çoxu təpənin aşağısında qaldı, cənazə dörd nəfərin müşayiəti ilə yuxarı qalxdı. Mən də onların arasında idim. 192

Təpənin başı adətən, aşağıdan kiçik görünür, qalxandan sonra isə böyük və geniş olduğu bilinir. Lakin yuxudakı təpənin başı yerdən göründüyü kimi kiçik idi, bir çarpayıya bənzəyirdi. Tabutu oraya qoyduq. 192

Mən tabutun ayaq tərəfinə yaxınlaşdım ki, imamın üzünü görüm və onunla vidalaşım. Ona baxdığım yerdə birdən sağ əlini qaldırıb işarə barmağını uzatdı. Bütün vücudumu heyrət bürüdü. Sonra gözübağlı oturmağa başladı, nəhayət, işarə barmağı mənim alnıma toxundu, ya da toxunmağa az qaldı. Təəccüblə ona baxırdım. Bu zaman ağzını açıb iki dəfə dedi: "Sən Yusif olacaqsan! Sən Yusif olacaqsan!" 193


Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   221   222   223   224   225   226   227   228   ...   239




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin