1977-ci ildə ölkədə ağır böhran var idi. İmamın oğlu Hacı ağa Mustafa Xomeyni həmin il Nəcəfdə müəmmalı şəkildə dünyasını dəyişdi. Onun ölümü xalqı çox kədərləndirdi, hakimiyyətə qarşı qəzəb dolu məclislər keçirildi. 198
Xəbəri alandan sonra Məşhəddə lazımi proqram hazırlığına başladıq. Mən poçt idarəsinə gedib dörd teleqram yazdım: biri öz adımdan, biri ağa Təbəsinin, üçüncüsü ağa Muhaminin, dördüncüsü də ağa Haşiminejadın adından. 198
Teleqramları poçt əməkdaşına verəndə təəccüblənib digər yoldaşlarına göstərdi. Hamısı heyrətə gəldi. Başsağlığı teleqramlarının mətnində İmam Xomeyniyə hörmət, onunla həmrəylik ifadələri ilə yanaşı hakimiyyətə qarşı çox kəskin sözlər də vardı. Poçt əməkdaşı fikirləşdi ki, teleqramların pulunu desə, fikrimdən daşınaram. Mənsə o zaman mənim kimilərə böyük pul sayılan bir mintümənlik çıxarıb qarşısına qoydum. 198