Mirvariyə çevrilən ürək qanı



Yüklə 1,52 Mb.
səhifə230/239
tarix10.01.2022
ölçüsü1,52 Mb.
#109471
1   ...   226   227   228   229   230   231   232   233   ...   239
Məscidlərin birində yas məclisi keçirməyə də çalışdıq, amma dövlət tərəfindən icazə verməyib məscidi bağladılar. Qumda keçirilən məclislərdə həbs olunanlar da var idi. 198

O günlərdə İranın bütün şəhərlərində misilsiz dini fəaliyyətlər başlandı. Mənim kimilər hövzə və universitet tələbələri arasında siyasi və təşkilati işlərlə ciddi məşğul idilər; siyasi bülletenlər hazırlayır, məxfi əlaqələr qurur, Quran təfsiri mövzusunda dərslər keçir, dini-inqilabi məsələləri təbliğ edir və digər fəaliyyətlər göstərirdik. 198

O günlərdə ağa Xalxali Qumdan mənimlə əlaqə saxlayıb dedi: "Bəzi dostlar həbs olunublar, güman ki mənə və sizə də növbə çatacaq!" Dedim: "Nə üçün? Məgər mən nə etmişəm ki, həbs olunam?" 199

Növbəti il qışın sonlarında yatdığım yerdə qapı döyüldü. Yuxudan oyandım, adətim üzrə kim olduğunu soruşmadan qapını açmağa getdim. Sübh azanına bir saat qalırdı, evdə hamı yatmışdı. Qapını açanda tapança və avtomatlı insanlarla rastlaşdım. Düşündüm ki, solçulardır və məni öldürməyə gəliblər. Ağa Behişti demişdi ki, solçular islamçıları öldürməyə başlayıblar, muğayat olun. Onlar Kirmanşahda gecə vaxtı ağa Musəvi Qəhdəricaninin evinə tökülüşüb əl-ayaqlarını bağlamışdılar, öldürmək istəyəndə gözlənilməz bir hadisə nəticəsində qaça bilmişdi. 199

Bu fikir beynimdən keçən kimi cəld qapını bağladım. Onlar mane olmağa çalışdılar, amma ölüm qorxusu güc gəldi və qapını bağlaya bildim. Sonra fikirləşdim ki, divardan aşa və ya başqa bir yolla evə girə bilərlər. Onlar silahları ilə qapıdakı qalın şüşəni sındırdılar. Mən qaçmağa yol axtararkən biri qışqırdı: "Qanun adına qapını aç!" Bu sözündən bildim ki, SAVAK əməkdaşlarıdır. Allaha şükür edib qapını açdım. Elə oradaca altı nəfər canıma düşüb məni rəhmsizcəsinə döyməyə başladı. On iki yaşlı Mustafa oyanıb pəncərədən təəccüblə bu səhnəyə baxır, qışqırırdı. SAVAK əməkdaşları məni yumruq və təpiklə qəddarcasına döyür, ayaqqabılarının ucu ilə baldırlarıma vururdular. Qollarımı qandallayıb evin içinə girməyimi əmr etdilər. Dedim ki, qollarımı açın, məni uşaqların yanına belə aparmanız kişilikdən deyil. Qandalı açdılar və evə girdim. Gördüm ki, yoldaşım məyus halda dörd uşağın yanında oturub. Uşaqların ən kiçiyi ikiaylıq Meysəm idi. Onlara dedim ki, qorxmayın, qonaqdırlar. 199

SAVAK əməkdaşları bütün evi, hətta mətbəxi və ayaqyolunu da axtardılar. Bu zaman yoldaşım yaxşı bir iş gördü: Mənim qonaqlarla görüşdüyüm otağa girdi. Həmin otağın iki qapısı vardı, biri kitabxanaya açılırdı, biri də başqa otağa. Yoldaşım oradakı gizli bəyanatları topladı. Onların yerini nə zaman öyrəndiyini və təhlükəsizlik əməkdaşları duymadan həmin otağa necə girdiyini bilmədim. Bundan heç mənim də xəbərim olmadı. Sonralar özü söylədi ki, bəyanatları toplayıb xalçanın altına qoyubmuş. Onlar kitabxanaya girib kitab və vərəqlərdən çoxunu götürdülər. Onların bəzisi hələ də tapılmayıb. 200

Təxminən bir saat ərzində evin bütün dəlik-deşiklərini axtardılar. Nəhayət, sübh azanı verildi. Dedim ki, namaz qılmaq istəyirəm. Onların biri mənimlə dəstəmaz yerinə getdi. Dəstəmaz alıb kitabxanaya qayıtdım və namazımı qıldım. Hələ axtarış davam edirdi. Evin bir qarışını da nəzərdən qaçırmadılar. Zənnimcə, yoldaşımdan bir qədər yemək istədim, sonra da yenidən yuxuya getmiş Müctəba və Məsudla sağollaşmaq üçün onları oyatmasını söylədim. Sağollaşanda uşaqlara dedilər ki, atanız səfərə gedir. Dedim ki, yalan söyləmək lazım deyil. Onlara həqiqəti söylədim. 200

Evdən çıxanda digər silahlıların evi mühasirəyə aldıqlarını gördüm. Ensiz küçədə saxladıqları avtomobili gətirdilər, gözlərimi bağlamadan ona mindirdilər. Onların biri ratsiyadan təkrar edirdi: "Qartal! Qartal! Onu tutduq!" 200


Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   226   227   228   229   230   231   232   233   ...   239




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin