Mirvariyə çevrilən ürək qanı


Şəhərə qayıdıb yardım komitəsinə yerləşdik. Xəbər verdilər ki, şəhərdə evlərin 80 faizi uçub, uçmayanları da su basıb. Evlərin əksəri birmərtəbəli idi. 211



Yüklə 1,52 Mb.
səhifə234/239
tarix10.01.2022
ölçüsü1,52 Mb.
#109471
1   ...   231   232   233   234   235   236   237   238   239
Şəhərə qayıdıb yardım komitəsinə yerləşdik. Xəbər verdilər ki, şəhərdə evlərin 80 faizi uçub, uçmayanları da su basıb. Evlərin əksəri birmərtəbəli idi. 211

Birdən yadıma düşdü ki, camaat dünən günortadan heç nə yeməyib. Çörəkçilər selə görə işlərini tətil etmişdilər. Həm mağazaları su basmışdı, həm də anbarları. Bu problemi aradan qaldırmaq bir neçə gün vaxt istəyirdi. Aclıq şəhərdə ciddi problem yarada bilərdi. Dostlara dedim ki, “Ac şəhəri xilas edək!” devizi ilə hansı yolla olursa-olsun, yemək gətirməliyik. Camaat yollarda qalmışdı, hadisə onlara ac olduqlarını unutdurmuşdu. Yolun kənarında bir mağaza vardı, yeri hündürdə olduğuna görə sudan qorunmuşdu. Sahibi mağazanın önündə dayanıb sağa-sola baxır, nə edəcəyini bilmirdi. Ona yaxınlaşıb dedim: “Mağazada yeməyə nəyin var?” Dedi ki, təkcə peçenye. Dedim ki, nə qədər peçenyen var, ver. Bütün peçenye qutularını alıb oradaca evsiz-eşiksiz insanlara payladım. Bu, yalnız sakitləşdirici effekti verə bilər, ac bir şəhərin dərdinə dərman etməzdi. 212

Poçta gedib Zahidana, Sistan və Bəlucistan vilayətinin böyük və məşhur din alimi olan ağa Kəfəmiyə zəng vurdum, faciənin miqyası barədə məlumat verib dedim: “Bizim təcili və imkan çatan həddə xörək və xurmaya, əgər mümkün olsa, pendirə də ehtiyacımız var”. Ondan xahiş etdim ki, Yəzdə ağa Səduqiyə, habelə Məşhədə və Tehrana da zəng vurub bizim yeməyə ehtiyaclı olduğumuzu hamıya xəbər versin. Bir neçə dəfə ucadan təkrarladım: “Hamıya deyin ki, səbirsizliklə çörək və xurma gözləyirəm!” 212

Dəstəyi yerinə qoyandan sonra gördüm ki, arxamdakı insanlar xahiş, təəccüb və alqış dolu baxışlarını mənə dikmişlər. Bir saat keçmədən bu xəbər də təbii şəkildə bütün şəhərə yayıldı. Şəhər əhalisi mənim əlaqələrimə ümid bağladılar; çünki öz din alimlərinin və rəsmi şəxslərinin təcili yardım çatdırmağa aciz olduqlarını bilirdilər. Alimlərin imkanı yox idi, rəsmi şəxslər də həm əhəmiyyətsiz yanaşırdılar, həm də əllərindən bir şey gəlmirdi. 212

Ali-Rəsul məscidinə gedib oranı yardım mərkəzinə çevirməyə başladım. Hamının gözü məscidə dikilmişdi. İki-üç saat keçmədən çörək, xurma, qarpız və pendir dolu böyük bir yük maşını gəldi. Quran oxunuşu ilə məscidin səsucaldanlarını açdıq, elan etdik ki, Ali-Rəsul məscidi yardım mərkəzidir və xalqı xilas etmək üçün yeyinti məhsulları verir. Qardaşlara dedim: “Kim gəlsə, yemək verin; desə ki, azdır, bir az da verin; yenidən gəlsə, deməyin ki, bayaq aldın - yenə verin. Beləliklə, insanları tamahkar qoymayın!” Əmin idim ki, digər şəhərlərdəki qardaşlar da kömək göndərəcəklər. Bu şəkildə yardım işinə başladıq. 213

İşləri qardaşlar arasında diqqətlə böldüm. Ciddi bir təşkilat formalaşdı. Bundan ötrü 1968-ci ildəki Firdovs zəlzələsində topladığım təcrübədən istifadə etdim. Həmin ilin sentyabr ayında Firdovsda və onun ətrafında nisbətən güclü bir zəlzələ baş vermişdi. O zaman bəzi qardaşlarla birgə yardım məqsədilə oraya gedib iki aydan çox qalmış, insanlara yardıma və xalq könüllülərini səfərbər etməyə dair dəyərli təcrübələr toplamışdıq. Həmin günlərdən də şirin xatirələrim var. 213

Hər halda, İranşəhrdə işimiz 50 gün davam etdi. Ev, daxma və çadırlara gedib insanlara baş çəkir, ailə üzvlərinin sayını qeyd edirdik. Bizə verilən rəqəmlər bəzən dəqiq olmurdu, amma qəbul edib yenidən araşdırmırdıq. Biz insanların qəlblərinə nüfuz etmişdik. 213

Yardımı apardığımız qeydiyyata əsasən paylamağa başladıq. Talonlar hazırlamışdıq, hər bir ailə talonuna uyğun pay alırdı. O müddətdə ara-sıra paylanan ərzaqdan əlavə çoxlu lampa, ədyal, qab-qacaq, döşənək və digər zəruri əşyalar da payladıq. Bəzi adamlar saxta talon düzəldib üstünə imzamı çəkməyə çalışırdılar. Mənim imzam sadə görünsə də, özümün bildiyim bir sirri vardı, saxta olduğunu bilirdim, amma üz vurmurdum. 213

Həmin günlərdə ağa Höccəti Sənəndəcdən İranşəhrə gəldi. O, Sənəndəcdə xəstələnib Kirmana getməyə icazə almış, oradan da bizi görməyə gəlmişdi. Onunla gecəni səhərə qədər oyaq qaldıq. Səhər çağı dedim ki, gəl, mənim maşınımla şəhəri gəzək. Özüm sükan arxasına keçdim, o da yanımda oturdu. O, şəhərdə qadın, kişi və uşaqların bizim avtomobilimizi görəndə əl yellədiklərini, dayanıb salam verdiklərini görüb təəccüblə dedi: “Yadındadır, əvvəllər camaat bizə salam da vermirdi?!” Dedim ki, bəli yadımdadır, amma insanların qəm və sevincinə şərik olanda nəticə belə olur. 214

Əlli gün yardımdan və selin xəsarətlərini aradan qaldırandan sonra bacardığımız qədər böyük bir bayram keçirdik. Mən orada çıxış etdim. Həmin çıxışın audioyazısı və bayramın şəkilləri indi də qalır. 214

Ramazan ayı gəldi, əhali ilə daha çox ünsiyyət imkanı yarandı. Polis rəisi bu ictimai rəğbətə görə çox narahat idi, sürgün olunmuşlarla nə edəcəyini bilmirdi. O, dəfələrlə öz mənfur varlığını bizə göstərməyə çalışmışdı. Ramazan ayı gələndə isə xoşbəxtlikdən, ikihəftəlik məzuniyyətə getdi, yerinə ağıllı və başadüşən bir gənc zabit keçdi. O, bizimlə hörmətlə danışır, dolayı yolla həmrəyliyini bildirirdi. 214


Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   231   232   233   234   235   236   237   238   239




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin