Mirvariyə çevrilən ürək qanı



Yüklə 1,52 Mb.
səhifə25/239
tarix10.01.2022
ölçüsü1,52 Mb.
#109471
1   ...   21   22   23   24   25   26   27   28   ...   239

İlk siyasi addım


Bizim qrupumuz özlərinin aşıb-daşan həyəcanlarını əməldə göstərmək üçün fürsət axtarırdı. 1955-ci ilin məhərrəm ayında bu fürsət yarandı. Xorasan valisi Məşhəd kinoteatrlarının yalnız məhərrəmin birindən on ikisinə qədər tətil olunmasına dair sərəncam vermişdi. Halbuki ondan öncə aşura və ərbəinə görə adətən, məhərrəm və səfər ayları bütünlüklə tətil edilərdi. Bizim etirazımız üçün bu, kifayət edirdi. Dostlarla bir yerə toplaşıb bəyanat hazırladıq və bu qərarı pislədik. Bu bəyanatda din alimlərini və xalqı dəvət edirdik ki, yaxşı işlərə dəvət etmək və pis işlərdən çəkindirmək vəzifələrinə əməl etsinlər, haram işlər önündə sükutun nəticələrindən ehtiyatlı olsunlar. İmkanlarımız məhdud idi, bəyanatın bütün nüsxələrini əllə yazdıq. Onların bir nüsxəsi indi də məndə var. Bəyanat dörd səhifədən ibarət idi, hər bir nüsxəni tamamlamaq təxminən iki saat zaman alırdı. Bu, siyasi fəaliyyət sahəsində bizim ilk əməli addımımız idi.

Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   239




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin