Mirvariyə çevrilən ürək qanı


Mübarizə və maarifləndirmə xətti



Yüklə 1,52 Mb.
səhifə27/239
tarix10.01.2022
ölçüsü1,52 Mb.
#109471
1   ...   23   24   25   26   27   28   29   30   ...   239

Mübarizə və maarifləndirmə xətti


Burada İslam hərəkatının mühüm səciyyələrindən birinə toxunmalıyam. Bu səciyyə hərəkatın iki xəttindən ibarətdir. Bu iki xətt arasında əməkdaşlıq ölkəmizdə İslama doğru hərəkətin sürətlənməsinə səbəb olub. Birincisi, inancdan irəli gələrək hakim rejimə qarşı dini mübarizə xətti, ikincisi isə mental maarifləndirmə, İslamın həyat proqramlarının yeni diskursla təqdimatıdır; başqa sözlə desək, dini düşüncənin yenilənmə xətti.

Hakim rejimə qarşı mübarizə xəttində olan, amma mütərəqqi İslam düşüncəsindən məhrum adamlar vardı. Onlar düşüncə baxımından geriqalmış və qapalı idilər, müsəlmanların müqəddəsləri təhqir edildiyinə görə dini qeyrətlərindən irəli gələrək hakim rejimə qarşı ayağa qalxmışdılar. Digər tərəfdən, elələri də vardı ki, maarifləndirmə xəttində idilər, aydın İslam düşüncələri vardı, dini müasir dillə cəmiyyətə təqdim etməyə çalışırdılar, azğın fikirlərlə mübarizə də aparırdılar, amma hakimiyyətə qarşı mübarizə xəttində deyildilər.

İmam Xomeyninin özü mental maarifləndirmə sahəsində qabaqcıl olsa da, 1963-cü ildə hərəkata başlayanda onda mübarizə amili daha güclü idi. Hərəkat əvvəldə din düşməni olan hakimiyyətə qarşı mübarizə üzərində mərkəzləşmişdi. Cəmiyyətdə dini müqavimət hissi güclənəndən və hərəkat ideal İslam nəzəriyyəsini təqdim etməyə yaxınlaşandan sonra qapalı fikirlər geri qaldılar, dini ayıqlığı, açıq və aydın düşüncəsi olanlar isə yola davam etdilər.

1966-67-ci illər inqilabçılar üçün ən çətin illər idi. Şah bütün siyasi müqavimət qruplarını sıradan çıxarmışdı. Bu zaman İslam hərəkatının bir çox şəxsiyyətləri dini maarifləndirmə xəttinə üstünlük verdilər.

Həm əvvəldə, həm də mübarizə həyatlarının sonunda müqavimət meydanında qalanlar vardı, amma qeyd olunan illərdə öz fəaliyyətlərini maarifləndirməyə yönəltmişdilər. Böyük şəhidlərimiz Mütəhhəri, Behişti və Bahünər belələrindən idilər. Burada tarix üçün qeyd etmək istəyirəm ki, mən hərəkatın bütün anlarında hər iki xəttə sahib olan və bu xüsusiyyətlə tanınan azsaylı adamlardan olmuşam, mübarizə həyatımın bütün mərhələlərində müqavimət və maarifləndirmə xətlərini davam etdirmişəm və onların hər ikisini tam şəkildə birləşdirdiyimi düşünürəm. Məqsədim bu idi ki, dini Allah-Taalanın istədiyi kimi, davranışa model, həyata proqram və ideal vəziyyətə doğru davamlı yenilik bilim, anlayım və təqdim edim. Bütün düşüncə və əməllərimdə, çıxış və dərslərimdə bu xətti əsas götürmüşəm. İslama dair belə şüurlu və aydın dərkə təmayül məni ərəb islamçılarının kitablarına yönəltmişdi. Bunun kənarında xalqı hakimiyyətə qarşı birləşdirən və İslam dövlətinə aparan hər bir işə əl atırdım.

Qardaşlarımızın arasında da hər iki xətti birlikdə davam etdirənlər vardı. Onların ən mühümlərindən biri Haşimi Rəfsəncani idi. İslam inqilabından sonra bir dəfə ona dedim: "Həyatımın son on beş ilinin bir günü də rejim əleyhinə mübarizəsiz keçməyib. Bu müddətdə bir gecə də rahat yatmamışam. Gecələrim ya həbsxanada və sürgündə keçib, ya da həbsxana və sürgün gözləməklə”. Ağa Haşimi dedi ki, mən də elə olmuşam.

Əlbəttə, düşüncə xəttində olan qardaşlar bizə dəstək verirdilər. Şəhid Mütəhhəri məndən on səkkiz yaş, yəni bir nəsil böyük idi. Bununla yanaşı, yaxın dost idik. O, həmişə mənim ictimai mövqeyimi dəstəkləməyə, çıxışlarında məni yad etməyə çalışırdı.

Doktor Şəriəti də öz İslam həyatına müqavimətlə başladı, sonra maarifçiliyə üz tutdu. Qardaşlarımın bəzisi siyasi mübarizə ilə məşğul idi, bəzisi deyildi. Amma qeyd etdiyim kimi, bir-birimizlə əməkdaşlığımız vardı.

İslam fəaliyyəti müxtəlif üslub və potensiallara malik bütün qüvvələrin toplanmasını tələb edir. İnsanlar bu baxımdan fərqlidirlər. Bir hədisdə deyilir ki, insanlar Allah-Taalanın məxluqları necə yaratdığını bilsəydilər, heç kim digərini qınamazdı. Bunun iradə azadlığı ilə ziddiyyəti yoxdur, bəşər övladının təbiətcə fərqli olduğunu bildirir.

Mənim fikrimcə, dini maarifləndirmə mübarizə və hərəkatdan ayrılsa, quru və ruhsuz olar. Dini mübarizə ruhu da elm və düşüncədən uzaqlaşsa, mürtəce və qapalı qalar. Müqavimətin maarifləndirmə və düşüncə inkişafı ilə sintezi İslam inqilabı xəttini təşkil edir.



Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   239




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin