Mirvariyə çevrilən ürək qanı


Beşinci fəsil: İnqilab vulkanı Hacı ağa Ruhullah



Yüklə 1,52 Mb.
səhifə28/239
tarix10.01.2022
ölçüsü1,52 Mb.
#109471
1   ...   24   25   26   27   28   29   30   31   ...   239

Beşinci fəsil: İnqilab vulkanı

Hacı ağa Ruhullah


Hələ Məşhəddə olanda İmam Xomeyninin adını eşitmişdim. O zaman o, Hacı ağa Ruhullah adı ilə tanınırdı və tələbələr arasında ciddi tədrisi ilə məşhurlaşmışdı. Dərsində ciddi və çalışqan olan hər bir gənc tələbə Qum hövzəsində onun dərslərində iştirak etmək istəyirdi.

1958-ci ildə Quma gedəndən sonra imamın üsul dərsində iştirak etməyə başladım. Qumda olduğum altı il ərzində bu dərsi davam etdirdim. İmamın fiqh dərslərində də iştirak etdim, ancaq həmişə yox. Çünki bəzi illərdə Hacı ağa Mürtəza Hairinin1 dərslərinə getmişəm. Bu, ağa Hairinin dərslərinin üstün deyil, sakit olduğuna görə idi. Hacı ağa Mürtəzanın dərsində tələbə az olurdu. O da elmi və mənəviyyatı ilə məşhur idi, ancaq tədris üsulu çoxlarını qane etmirdi. Sonradan digər dərs yoldaşlarım da getdilər və mən sinifdə tək qalıb dərsi davam etdirdim. O mərhələdə yalnız bir tələbənin iştirak etdiyi ikinci bir sinif yox idi.

1962-ci ilə qədər İmam Xomeynidə heç bir inqilabçılıq əlaməti müşahidə olunmurdu. O, ciddi bir müəllim idi, səliqəli və çox təmiz geyinirdi. Dərsə başıaşağı girirdi, heç bir tələbəyə baxmırdı. Dərsini ciddi şəkildə deyib tələbələrin sual və iradlarına çox diqqətlə cavab verir və tələbələrlə münasibət qurmadan eyni şəkildə bayıra çıxırdı. Buna baxmayaraq, hətta dərslərində iştirak etməyən tələbələr tərəfindən də çox sevilirdi.

İndi o günlər barədə fikirləşəndə bu insanın hərəkata başlamazdan öncəki sükutuna çox təəccüblənirəm. Onun hərəkata başlayandan sonra verdiyi bəyanatlar göstərir ki, sakit bir vulkan kimi imiş və birdən-birə püskürmüşdü. Mən həmişə deyirəm: İmamın sükut riyazəti ən böyük riyazətlərdən biri olmuşdur. O, tam bir mömin nümunəsi idi.

İmam Xomeyni atamla dost idi. Mən hər dəfə Məşhədə gedəndə onunla sağollaşmağa gedirdim, o da atama salam göndərirdi. Məşhəddən qayıdanda da onun yanına gedirdim və atamın halını soruşurdu. Bəzi suallarla bağlı da onun yanına gedib-gəlirdim.

İmamın hərəkatı başlayanda onun bayrağının altına qoşulmağa tam hazır idim. Çünki istədiyim hər bir şeyi bu hərəkatda görürdüm. Yadımdadır, imamın hərəkatından bir il sonra Qumda küçədən keçəndə Höccətiyyə mədrəsəsinin1 qapısında imamın ikinci bəyanatını gördüm. İmam Xomeyni bu bəyanatda Əsədulla Ələmə2 elə müraciət etmişdi ki, orada İslamın qüdrəti və müsəlman alimlərin başucalığı aydın görünürdü. Bəyanatın sözləri bütün vücuduma hopdu, elə orada səcdəyə getmək istədim. Bu bəyanat bütün duyğu və arzularımı ifadə edirdi. O zaman bildim ki, imam bu yolu axıracan gedəcək.

Qum Elm Hövzəsi ağa Bürucerdinin vəfatından sonra yetim qalmışdı. Belə bir şəraitdə İmam Xomeyni möhkəm və uca bir dağ kimi ayağa qalxıb zalım hakimiyyətlə son dərəcə cəsarətlə və qüdrətlə danışırdı. İmamın belə mövqeyi təbii ki, İslam və müsəlmanların başucalığını arzulayan idealist bir insanın bütün hisslərinə təsir edirdi.

Hərəkat inkişaf edəndə mənim orada iştirakım da gücləndi və imamın evinə get-gəlim artdı.



Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   239




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin