Mirvariyə çevrilən ürək qanı


A şeyx, saqqalını qırxdılar?!



Yüklə 1,52 Mb.
səhifə39/239
tarix10.01.2022
ölçüsü1,52 Mb.
#109471
1   ...   35   36   37   38   39   40   41   42   ...   239

A şeyx, saqqalını qırxdılar?!


Həmin həbsxanada bir həftədən çox qaldım. Orada saqqalımı da qırxdılar. Üzüm ilk dəfə idi qırxılırdı. Sonrakı həbslərdə bir dəfə də eyni taleyi yaşadım.

Eşitmişdim ki, düşərgələrdə üzü quru-quru, su və sabunsuz qırxırlar və ağrısı çox olur. Odur ki Bircənd-Məşhəd yolunda o qorxulu ana və üzümün ağrısına hazırlaşırdım. Saqqalı qırxmaq vaxtı gəldi. Bir dəllək içəri girdi. Həyəcanla ona baxırdım. Çantasını açıb bir üzqırxan maşın çıxardı. Maşını görüb rahat nəfəs aldım, bildim ki, düşündüyüm kimi olmayacaq.

Ondan sonra dəstəmaz almağa icazə istədim. İki hərbçi ilə getməyimə icazə verdilər. Orada həyasızlığı ilə məşhur olan gənc bir zabit vardı. Yolda məni görüb uzaqdan istehza ilə dedi: "A şeyx, saqqalını qırxdılar?!" Cəld cavab verdim: "Bəli, şükür Allaha, uzun zaman idi çənəmi görmürdüm". Beləliklə, ona sevinmə şansı vermədim.


Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   239




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin