Mirvariyə çevrilən ürək qanı


Məni nə ilə qorxudursan?!



Yüklə 1,52 Mb.
səhifə45/239
tarix10.01.2022
ölçüsü1,52 Mb.
#109471
1   ...   41   42   43   44   45   46   47   48   ...   239

Məni nə ilə qorxudursan?!


Həmin gün möminlərin biri bizi iftara dəvət etmişdi. İftardan sonra məsciddəki otağıma qayıdıb moizəyə hazırlaşmağa başladım. Bu zaman bir nəfər qapını döydü. Yaraşıqlı və gözəl kostyum geyinmiş bir gənc idi. Salam verib dedi: "Siz Xameneisiz?"

– Bəli.


– Polis rəisi sizi görmək istəyir.

– Nə üçün?

Elə-belə, bəzi məsələlər barədə danışmaq istəyir.

– Mən bunun mənasını bilirəm. Bu, xeyrinizə olmaz. Mən bu axşam moizəyə dəvət olunmuşam. Əgər camaat məni saxladığınızı bilsə, xüsusən bu gün məsciddə baş verənlərə görə sizə pis olar.

Lakin həmin gənc bildirdi ki, polis rəisi ilə görüşməkdən başqa yolum yoxdur.

Bayıra çıxanda polis və hərbçilərin məscidi mühasirəyə aldıqlarını görüb rejimin fikrinin ciddi olduğunu bildim. Çarəsiz qalıb həmin gənclə birgə polis rəisinin yanına getdim. Polkovnik rütbəli və iri cüssəli bir adam idi. Bircənddə gördüyümə bənzəməyən böyük və təmtəraqlı bir zalın sonunda böyük bir stolun arxasında oturmuşdu.

Mən içəri girəndə nə isə yazırdı. Bu, süni bir jestdir, məqsəd içəri girənə əhəmiyyətsiz yanaşıldığını çatdırmaq və onda qorxu hissi yaratmaqdır. Ona salam verdim. Nə cavab verdi, nə də başını qaldırdı. Mən də eyni şəkildə rəftar etməyə məcbur qaldım. Ondan icazə almadan otaqdakı ən rahat kresloda oturdum və ona diqqətsizliyimi aydın göstərən bir işlə məşğul olmağa başladım. Məni psixoloji baxımdan sarsıda bilmədiyini görən zabit başını qaldırıb dedi: "Sən Xameneisən?"

– Bəli.


– Nə üçün camaatı qızışdırırsan?

– Camaatı qızışdıran sizsiniz.

Belə bir cavab gözləmədiyinə görə oturuşunu düzəltdi.

– Necə yəni?

– Mən camaata dini məsələlər və şəriət hökmləri söyləyirəm. Bunun nəyi qızışdırmaqdır?! Lakin siz məni buraya gətirməklə insanları təhrik edirsiniz.

Qiyafəsində soyuqqanlılıq əlamətləri göründü.

– Biz camaatı təhrik etmək istəmirik. Ancaq sən sözlərinlə şahın islahatlarını təhqir etmisən.

– Sizə verilmiş məlumatlar yalandır.

Polkovnikin səs tonu dəyişdi, özünün də müsəlman olduğunu və imam Xomeynini sevdiyini söylədi.

Təbii ki yalan danışır, məni aldatmağa çalışırdı. Ürəyimdə dedim: "İlahi! Sənə şükür olsun ki, bu məğrur hərbçini öz əlində olan gənc və yoxsul bir hövzə tələbəsinə yaltaqlanmağa məcbur etdin!"

Mehriban tərzdə nəsihət verməyə başladı: "Sən gəncsən, nə üçün özünə problem yaradırsan?!"

Belə nəsihətlər adətən, qarşı tərəfi yumşaldır. Yumşalandan sonra isə onunla kobud danışıb istədiklərini diktə edirlər. Odur ki belə şəraitdə çox qətiyyətli danışıb nəsihətçini məyus etmək lazımdır. Ona dedim: "Bircənddə məni həbs edib polis rəisinin yanına aparmışdılar. Ona dediyim sözü sizə də təkrarlayıram: Sizin öz vəzifəniz var, mənim də öz vəzifəm. Mən öz dini vəzifəmə əməl etməliyəm, siz də üzərinizə düşən vəzifəyə əməl edə bilərsiniz. Sizin əlinizdən məni öldürməkdən artıq bir iş gəlmir və mən ölümə hazıram. Məni nə ilə qorxuda bilərsiniz?!”

Bu söz dünyapərəst adamlara deyiləndə ildırım effekti verir. Onlar ölüm sözündən qorxurlar. Gənclik dövrünü yaşayan həmin zabit də ölümdən qorxur, özündən daha gənc birinin isə ölümə hazır olduğunu, ölümdən qorxmadığını görürdü.

Təəccüb içində başını yana çevirdi, sonra özünə gəlib soyuqqanlı şəkildə və yenidən mehribanlıqla dedi: "İnşallah problem yaranmaz, ancaq gərək bir də belə işlərə əl atmayacağına söz verəsən. İndi yan otağa keç və bir neçə suala cavab ver!"



Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   239




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin