Mirvariyə çevrilən ürək qanı



Yüklə 1,52 Mb.
səhifə5/239
tarix10.01.2022
ölçüsü1,52 Mb.
#109471
1   2   3   4   5   6   7   8   9   ...   239

Nəcəf dialekti


Anam Nəcəfdə doğulub böyüdüyünə görə ərəb ləhcəsilə danışırdı. Quranla tanış idi, onu gözəl səslə və yaxşı oxuyurdu. Ömrünün sonlarında səsi tutulmuşdu, mənim qiraətim ona gözəl səsini xatırladırdı. Hər gün atasının hədiyyə verdiyi Quranla Allah kəlamını oxuyurdu. Onun qiraət üslubu bizi kiçik yaşlarımızdan özünə cəzb etmişdi. Onun başına yığışıb qiraətini dinləyirdik. O da fürsətdən istifadə edib bəzi ayələri tərcümə edir, peyğəmbərlərin əhvalatlarından danışırdı. Həzrət Musanın (ə) əhvalatlarını çox sevdiyinə görə onun həyatının bütün təfərrüatını bizə söyləmişdi. Musa peyğəmbər (ə) barədə çox həvəslə danışır, biz də dinləyirdik.

Hafizin divanını oxuyurdu, bəzi şeirlərini əzbərləmişdi. Hədislə də tanış idi. Bəzən hədis söyləyəndə atam etiraz edirdi ki, indiyədək bu hədislə rastlaşmayıb. O isə hədisin mənbəyini söyləyirdi.

Atam kimi o da gözütox adam idi, yoxsulluğumuz barədə heç kimə bir söz deməz, öz əziyyətlərini müxtəlif yollarla gizlədərdi.

Mən Quran qiraətini və ərəb dilinin ilk qaydalarını anamdan öyrənmişəm. Cəsarət və dözümlülüyü də mənə o öyrədib. Ardıcıl həbslərimə və SAVAK1-ın evimizə basqınlarına görə çox əzab çəkirdi, amma həmin cəlladların qarşısında möhkəm dayanıb cavablarını verir, onlarla mübahisə edirdi. O, məni bu əzablı yolu davam etdirməyə hətta həvəsləndirirdi. Bu barədə danışacağam.



Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   239




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin