Mirvariyə çevrilən ürək qanı



Yüklə 1,52 Mb.
səhifə8/239
tarix10.01.2022
ölçüsü1,52 Mb.
#109471
1   ...   4   5   6   7   8   9   10   11   ...   239

Quran dərsi


Quranı uşaqlıqda anamdan öyrənməyə başlamışdım. Mağaza sahiblərindən birinin qiraəti də yaxşı idi, hər gün bir evdə keçirilən qiraət məclislərini idarə edirdi. Atam qardaşımla məni Hacı Ramazanəli adlı o mömin kişiyə tapşırdı. O da bizə hörmət edirdi, özü əlli yaşında olsa da, yolda bizdən qabağa keçmir, bizi öz yanında oturdurdu. Mən onun yanında Quran oxuyurdum, o da səhvlərimi düzəldirdi. Bir gün bizə dedi: "Artıq elə mərhələyə çatmısınız ki, sizə bundan artıq kömək edə bilməyəcəyəm". Bizə təklif etdi ki, öz müəllimi olan molla Abbasın yanına gedək. Onun yetmiş yaşı vardı və İmam Rzanın (ə) məqbərəsində dərs deyirdi.

Gedib o kişidən Quran öyrənməyə başladıq. O, Quranın Hindistanda çap olunmuş bir nüsxəsi üzərindən öyrədirdi və düşünürdü ki, oxunuşu çətin olsa da, düzgün nüsxədir. Bir xüsusiyyəti də bu idi ki, həm görüşəndə, həm də ayrılanda salam verirdi. İranda adət belədir ki, görüşəndə salam verər, ayrılanda isə başqa sözlər işlədərlər.

Biz ondan Seyid Məhəmməd Zəfəraninin farsca yazdığı təcvid kitabını öyrəndik. Həmin Seyid Məhəmməd ərəb idi, Məşhəddə yaşayırdı, müəllimimiz molla Abbas onun şagirdi olmuşdu.


Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   239




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin