Ruhani forması
İranda dini işlərlə məşğul olanlar, ruhanilər, hövzənin tələbə və müəllimləri adətən, başlarına əmmamə qoyurlar. Əmmamə din elmlərini öyrənən, dini təbliğ və müdafiə edən təbəqənin simvoludur.1 Müstəmləkə əlaltıları və laik2 təbliğatçılar əmmaməyə qarşı mübarizə aparırdılar. Rza şah əmr etmişdi ki, əmmamələri götürüb əvəzinə pəhləvi papağı (şlyapa) qoysunlar. Oğlu iflasa uğramış bu qərarı ləğv etdi, amma hakim rejim ictimai rəydə əmmaməyə qarşı təhqiramiz fikir yaratmağa nail oldu.
Mən ikinci sinifdə oxuyanda əmmamə qoymağa başladım. O zaman hamı başına papaq qoyurdu. Atam da bizim pəhləvi papağı qoymağımıza razı olmadığı üçün əmmamədən başqa bir seçim qalmırdı.
Əmmaməmizi anamız dolayırdı. Onun təhtülhənək adlanan bir ucunu adətən sol tərəfə qoyurlar, anam isə sağa qoyurdu.
Biz uşaqlıqdan əmmamənin ələ salındığını görürdük. Bununla bağlı o qədər istehzalı sözlər eşitmişdik ki, bizə adiləşmişdi və səbəbi barədə fikirləşmirdik. Ancaq böyüyəndən sonra yaddaşıma müraciət edəndə təəccüblənirdim. Kiçik və böyüklüyündən asılı olmayaraq, heç bir əmmaməli belə məsxərədən uzaq qalmırdı.
Dostları ilə paylaş: |