Mirvariyə çevrilən ürək qanı



Yüklə 1,52 Mb.
səhifə100/239
tarix10.01.2022
ölçüsü1,52 Mb.
#109471
1   ...   96   97   98   99   100   101   102   103   ...   239

İşgəncə səsləri


İşgəncə altındakı məhbusların qışqırtıları məni günlərlə incidir, bəzi gecələr səhərə qədər davam edirdi. Onların işgəncə üsulları düşünülmüş və dəqiq idi. Bu həbsxanada hər şey insanın şəxsiyyətini məhv etməyə, alçaltmağa, psixoloji baxımdan sarsıtmağa hesablanmışdı. Hətta dustaqları tualetə aparmaq da bu proqrama daxil idi. Tualetlər həbsxananın zalında yerləşirdi. Dustaq tualetə girər-girməz nəzarətçi qışqırırdı: "Cəld ol... Çıx bayıra... Tez bayıra çıx..." Bəzən tualetin qapısını da itələyirdilər ki, açılsın və dustaq özünü itirib tez bayıra çıxsın.

Nəzarətçilər məhbuslara əl və dillə müxtəlif təhqirlər yağdırırdılar. Bir kameranın içindəki məhbusların da bir-biri ilə danışması qadağan idi. Onlar pıçıltı və ya işarə ilə danışırdılar. Nəzarətçi pıçıltı səsini eşidəndə də qəzəblə başımıza qışqırırdı. Orada dustaqlara ən keyfiyyətsiz xörəklər verilirdi. Aşpazın xörəyə qoyduğu bir tikə əti də nəzarətçilər götürürdülər. Dustaqlara yemək vermək tərzi də çox təhqiramiz idi; sanki heyvanlara yem verirdilər. Halbuki oradakı dustaqların çoxu din alimlərindən, mütəfəkkirlərdən, universitet mənsublarından ibarət idi.

Dustaq yalnız tualetə və dindirməyə gedərkən kameradan çıxırdı. Tualetə getmək isə qeyd etdiyim kimi, faciə idi. Dindirmə barədə isə danışmağa dəyməz. Dedim ki, kamerada bir gün qalmaq ümumi təcridxanada bir ay qalmağa bərabərdir. İndi də deyirəm ki, bir gün dindirilmək bir ay təkadamlıq kamerada qalmaqla eyni idi.

Bir dəfə məni dindirməyə çağırdılar. Kamerada mənimlə birgə üç nəfər də qalırdı. Məni səhər apardılar, axşamüstünə qədər orada qaldım. Kamera yoldaşlarım elə bilmişdilər ki, işgəncə altında ölmüşəm. Maraqlı burasıdır ki, qayıdanda məni tanımadılar. Kameradan uzun saqqalla çıxmışdım, qayıdanda isə saqqalsız idim. Danışmağa başlayandan sonra məni tanıyıb bəziləri ağladılar.

Əhməd Əhmədi1 adlı bir kamera yoldaşım vardı. İmam Xomeyninin fəlsəfə və irfan müəllimi olmuş məşhur alim Şeyx Məhəmmədəli Şahabadinin2 nəvəsi idi. O, dindirmədən qayıdandan sonra yerimə qabiliyyətini itirdi, oturduğu yerdə sürünə-sürünə gedib-gəlməyə başladı. Ona o qədər işgəncə verdilər ki, axırda həmin həbsxanada şəhadətə qovuşdu. O, kameraya qayıdanda ürəyimiz ağrıyır, bütün vücudumuza qəm-kədər çökürdü. Özü isə tez bizə təskinlik və ümid verməyə çalışırdı.

Mən vəhşicəsinə rəftar səhnələrini xatırlayıram, amma faciənin dərinliyini təsvir edə bilmirəm. O həbsxananın rəhbərliyi son dərəcə əclaf adamlardan ibarət idi. Dustaqların işgəncə səsi səhərədək gəlirdi. Yuxuya gedən kimi bir qışqırıq səsinə oyanırdım; həqiqi səs olduğunu, yoxsa maqnitofondan buraxıldığını bilmirdim.



Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   239




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin