Mirvariyə çevrilən ürək qanı



Yüklə 1,52 Mb.
səhifə101/239
tarix10.01.2022
ölçüsü1,52 Mb.
#109471
1   ...   97   98   99   100   101   102   103   104   ...   239

Ana


Bu həbsxanada böyük problemim anam idi. Qeyd etdiyim kimi o, çox möhkəm və cəsur qadın idi. Lakin budəfəki həbsimdən qabaq mənə dediyi sözlər göstərirdi ki, övladının çəkdiyi əzablara görə səbir kasası dolmuşdur. Bir gün mənə demişdi: "Əgər bir də həbs olunsan, mən öləcəyəm!" Həmin gün onu inandırmağa çalışdım ki, anam, nə üçün həbs olunmalıyam?! Məgər nə etmişəm?! Və əgər belə bir şey olsa da, nə üçün ölməlisən ki?! Nə üçün səndən heç vaxt eşitmədiyim bir sözü deyirsən?! Lakin sözündə ciddi idi.

Həbs olunandan bəri anamın sözləri qulağımda əks-səda verir, məni rahat buraxmırdı. Altı ay bu vəziyyətdə qaldım, anamın başına nə gəldiyindən xəbərim olmadı. Altı aydan sonra mənə yalnız bircə telefon zənginə icazə verdilər. Atamgilə zəng vurmaq qərarına gəldim. Atam dəstəyi götürdü. Ona ilk sualım bu oldu: "Anam necədir?" Cavab verdi ki, yaxşıdır. İnanmayıb soruşdum ki, haraya gedib? Dedi ki, filankəsin evinə rövzə məclisinə gedib. Onun həmişə iştirak etdiyi rövzə məclisini xatırlayıb rahatlaşdım. Sonra yoldaşımın və uşaqların vəziyyəti barədə soruşdum.

Nitq qabiliyyətim nə qədər yaxşı olsa da, bu həbsxanada baş verənləri təsvir edə bilmərəm. Mən orada elə çirkin işlərə şahid olmuşam ki, bu günədək onların mislini görməmişəm.


Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   239




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin