Sənin kimisini görməmişəm
Yadımdadır, bir gün qarnım sancır, tez-tez ayaqyoluna gedirdim. Oradan isə gündə yalnız üç dəfə istifadə etmək olardı. Bəzən ayaqyolu növbəsini də müsadirə edirdilər.
Qarnım sancan gün xoşbəxtlikdən, nəzarətçi nisbətən yaxşı adam idi, kameranın qapısını bir neçə dəfə açdı. O, tualetə qədər getmir, kameranın önündə gözləyirdi. Bir dəfə oradan qayıdanda üçüncü kamera yoldaşımın həmin kommunisti döymək istədiyini gördüm. Məlum oldu ki, nəzarətçinin yanında məni ələ salırmış. Dustaq qanunlarına görə, bir dustağın nəzarətçi yanında başqa bir dustağı təhqir etməsi bağışlanmaz səhv idi.
Bir dəfə ona dedim: "Yadındadırsa, bir dəfə mənə dedin ki, ömründə sənin kimi dözümlü adam görməmişəm". Dedi ki, hə. Ona dedim: "Mən də sənin kimi təəssübkeş nadan görməmişəm!"
Əslində, mənim mövqeyim öz əqidəmdən, onun mövqeyi də öz əqidəsindən irəli gəlirdi. İslam öz ardıcıllarından istəyir ki, İslam hökmlərinə ciddi və dəqiq şəkildə əməl etsinlər. Müsəlman din sərhədlərinə çox bağlıdır. Lakin İslam deyir ki, müsəlman qeyri müsəlmanla ünsiyyət qurmalı, onunla mülayim davranmalı, müxaliflərlə sərt danışıqdan çəkinməlidir.
Quran ayəsi İslamın bu məntiqini aydın bəyan edir. Allah-Taala buyurur: "(Ey Peyğəmbər!) Bəndələrimə müjdə ver; o kəslər ki, sözü dinləyib ən gözəlinə (düzgününə) uyarlar";1 "(Ey Rəsulum!) İnsanları hikmətlə, gözəl öyüd-nəsihətlə Rəbbinin yoluna dəvət et, onlarla ən gözəl surətdə mübahisə et. Həqiqətən, Rəbbin yolundan azanları da, doğru yolda olanları da daha yaxşı tanıyır";2 "Doğru yolda olan, yaxud açıq-aydın azan bizik, yoxsa siz?"3 Həmçinin buyurur: "Allah din yolunda sizinlə vuruşmayan və sizi yurdunuzdan çıxarmayan kimsələrə yaxşılıq etməyi və onlarla ədalətlə rəftar etməyi sizə qadağan etməz. Allah ədalətli olanları sevər!"4
Məsum sünnə də buna dəvət edir. Hətta Çində olsa belə, elm öyrənməyə çağırış çox açıq və geniş olan bu baxışa aydın işarədir. Müsəlman qeyri-müsəlmandan bütün elmləri öyrənə və dinin baxışına uyğun istiqamətə yönəldə bilər.
Lakin kommunistlərin quru mətnləri, nə ruh və emosiyadan, nə də dəyər və əxlaqdan əsər-əlamət olan stereotipləri var. Bu xüsusiyyət materialist düşüncəli insanların davranış və əməllərinə hakimdir.
Təəssüflü haldır ki, bu gün müsəlmanlara fundamentalist damğası vurulur. Əsas məqsədləri də islama qarşı yürüdülən təəssübkeşlik və ehkamçılıq iddisasıdır. Bu, çox haqsızlıqdır.
Dostları ilə paylaş: |