Mirvariyə çevrilən ürək qanı



Yüklə 1,52 Mb.
səhifə122/239
tarix10.01.2022
ölçüsü1,52 Mb.
#109471
1   ...   118   119   120   121   122   123   124   125   ...   239

Yardım mərkəzi


Səhər çağı Rəhimi və Raşidlə birgə selin dərədə uçurduğu evləri görmək üçün şəhərdən çıxdıq. Təsadüfən, şəhərə sel gəlməsinin əsas səbəbi də həmin evlər idi. Bu şəhər tarix boyu yağış altında olub, ancaq su dərədən özünə yol açıb axırmış. Şəhər buna görə əsrlərlə sağlam qalıb. Bu səbəbdən suyun yolunda ev tikmək qadağan imiş. Lakin bəziləri pulsuz yer axtardıqlarına görə orada ev tikmişdilər. Belə insanlar indi də bəzi şəhərlərdə bu kimi işlər görürlər. Düşünmürlər ki, bununla təkcə özlərini deyil, bütün şəhəri təhlükəyə atırlar.

Dərədə tikilmiş bütün evlər uçmuşdu. Bir kişi, bir neçə qadın və bir neçə uşaqdan ibarət bir bəluc ailəsi uzaqdan bizə doğru gəlməyə başladı. Kişinin qucağında bir uşaq vardı, qadınlar ağlayırdılar. Yaxınlaşanda uşağın öldüyünü gördük. Bu səhnə mənə çox pis təsir etdi və ucadan ağlamağa başladım.

Mən uşaq və qadınlara qarşı çox həssasam. Bir uşağa və ya qadına qarşı ən kiçik xəsarət və təhqirə dözə bilmirəm. Dostlarıma dəfələrlə demişəm ki, qadın və kişi arasında hökm çıxarmağa əsla uyğun deyiləm; bilirəm ki, qadının tərəfini saxlayacağam! Uşaqlarda da belədir; mən hətta filmdə də bir uşağın əzab çəkməsinə baxa bilmirəm. Həmin uşağın sel nəticəsində həyatını itirdiyini görəndə təsirlənib ürəkdən ağladım. Həmin ailə mənim ağladığımı gördü. Ağa Raşid sonra mənə deyirdi: “Onlar sənin özlərindən də çox kədərləndiyini görüb heyrətə gəldilər”. Bu xəbər bəluclar arasında yayıldı.

Şəhərə qayıdıb yardım komitəsinə yerləşdik. Xəbər verdilər ki, şəhərdə evlərin 80 faizi uçub, uçmayanları da su basıb. Evlərin əksəri birmərtəbəli idi.

Birdən yadıma düşdü ki, camaat dünən günortadan heç nə yeməyib. Çörəkçilər selə görə işlərini tətil etmişdilər. Həm mağazaları su basmışdı, həm də anbarları. Bu problemi aradan qaldırmaq bir neçə gün vaxt istəyirdi. Aclıq şəhərdə ciddi problem yarada bilərdi. Dostlara dedim ki, “Ac şəhəri xilas edək!” devizi ilə hansı yolla olursa-olsun, yemək gətirməliyik. Camaat yollarda qalmışdı, hadisə onlara ac olduqlarını unutdurmuşdu. Yolun kənarında bir mağaza vardı, yeri hündürdə olduğuna görə sudan qorunmuşdu. Sahibi mağazanın önündə dayanıb sağa-sola baxır, nə edəcəyini bilmirdi. Ona yaxınlaşıb dedim: “Mağazada yeməyə nəyin var?” Dedi ki, təkcə peçenye. Dedim ki, nə qədər peçenyen var, ver. Bütün peçenye qutularını alıb oradaca evsiz-eşiksiz insanlara payladım. Bu, yalnız sakitləşdirici effekti verə bilər, ac bir şəhərin dərdinə dərman etməzdi.

Poçta gedib Zahidana, Sistan və Bəlucistan vilayətinin böyük və məşhur din alimi olan ağa Kəfəmiyə zəng vurdum, faciənin miqyası barədə məlumat verib dedim: “Bizim təcili və imkan çatan həddə xörək və xurmaya, əgər mümkün olsa, pendirə də ehtiyacımız var”. Ondan xahiş etdim ki, Yəzdə ağa Səduqiyə, habelə Məşhədə və Tehrana da zəng vurub bizim yeməyə ehtiyaclı olduğumuzu hamıya xəbər versin. Bir neçə dəfə ucadan təkrarladım: “Hamıya deyin ki, səbirsizliklə çörək və xurma gözləyirəm!”

Dəstəyi yerinə qoyandan sonra gördüm ki, arxamdakı insanlar xahiş, təəccüb və alqış dolu baxışlarını mənə dikmişlər. Bir saat keçmədən bu xəbər də təbii şəkildə bütün şəhərə yayıldı. Şəhər əhalisi mənim əlaqələrimə ümid bağladılar; çünki öz din alimlərinin və rəsmi şəxslərinin təcili yardım çatdırmağa aciz olduqlarını bilirdilər. Alimlərin imkanı yox idi, rəsmi şəxslər də həm əhəmiyyətsiz yanaşırdılar, həm də əllərindən bir şey gəlmirdi.

Ali-Rəsul məscidinə gedib oranı yardım mərkəzinə çevirməyə başladım. Hamının gözü məscidə dikilmişdi. İki-üç saat keçmədən çörək, xurma, qarpız və pendir dolu böyük bir yük maşını gəldi. Quran oxunuşu ilə məscidin səsucaldanlarını açdıq, elan etdik ki, Ali-Rəsul məscidi yardım mərkəzidir və xalqı xilas etmək üçün yeyinti məhsulları verir. Qardaşlara dedim: “Kim gəlsə, yemək verin; desə ki, azdır, bir az da verin; yenidən gəlsə, deməyin ki, bayaq aldın - yenə verin. Beləliklə, insanları tamahkar qoymayın!” Əmin idim ki, digər şəhərlərdəki qardaşlar da kömək göndərəcəklər. Bu şəkildə yardım işinə başladıq.

İşləri qardaşlar arasında diqqətlə böldüm. Ciddi bir təşkilat formalaşdı. Bundan ötrü 1968-ci ildəki Firdovs zəlzələsində topladığım təcrübədən istifadə etdim. Həmin ilin sentyabr ayında Firdovsda və onun ətrafında nisbətən güclü bir zəlzələ baş vermişdi. O zaman bəzi qardaşlarla birgə yardım məqsədilə oraya gedib iki aydan çox qalmış, insanlara yardıma və xalq könüllülərini səfərbər etməyə dair dəyərli təcrübələr toplamışdıq. Həmin günlərdən də şirin xatirələrim var.

Hər halda, İranşəhrdə işimiz 50 gün davam etdi. Ev, daxma və çadırlara gedib insanlara baş çəkir, ailə üzvlərinin sayını qeyd edirdik. Bizə verilən rəqəmlər bəzən dəqiq olmurdu, amma qəbul edib yenidən araşdırmırdıq. Biz insanların qəlblərinə nüfuz etmişdik.

Yardımı apardığımız qeydiyyata əsasən paylamağa başladıq. Talonlar hazırlamışdıq, hər bir ailə talonuna uyğun pay alırdı. O müddətdə ara-sıra paylanan ərzaqdan əlavə çoxlu lampa, ədyal, qab-qacaq, döşənək və digər zəruri əşyalar da payladıq. Bəzi adamlar saxta talon düzəldib üstünə imzamı çəkməyə çalışırdılar. Mənim imzam sadə görünsə də, özümün bildiyim bir sirri vardı, saxta olduğunu bilirdim, amma üz vurmurdum.

Həmin günlərdə ağa Höccəti Sənəndəcdən İranşəhrə gəldi. O, Sənəndəcdə xəstələnib Kirmana getməyə icazə almış, oradan da bizi görməyə gəlmişdi. Onunla gecəni səhərə qədər oyaq qaldıq. Səhər çağı dedim ki, gəl, mənim maşınımla şəhəri gəzək. Özüm sükan arxasına keçdim, o da yanımda oturdu. O, şəhərdə qadın, kişi və uşaqların bizim avtomobilimizi görəndə əl yellədiklərini, dayanıb salam verdiklərini görüb təəccüblə dedi: “Yadındadır, əvvəllər camaat bizə salam da vermirdi?!” Dedim ki, bəli yadımdadır, amma insanların qəm və sevincinə şərik olanda nəticə belə olur.

Əlli gün yardımdan və selin xəsarətlərini aradan qaldırandan sonra bacardığımız qədər böyük bir bayram keçirdik. Mən orada çıxış etdim. Həmin çıxışın audioyazısı və bayramın şəkilləri indi də qalır.


Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   118   119   120   121   122   123   124   125   ...   239




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin