Mirvariyə çevrilən ürək qanı


On beşinci fəsil: Sıxıntıdan sonra qələbə



Yüklə 1,52 Mb.
səhifə124/239
tarix10.01.2022
ölçüsü1,52 Mb.
#109471
1   ...   120   121   122   123   124   125   126   127   ...   239

On beşinci fəsil: Sıxıntıdan sonra qələbə

Avtomobilim


Sürgündən öncə dini fəaliyyətlərlə bağlı bəzi tapşırıqlardan ötrü Tehrana gedib-gəlirdim. Tehranda da gediləsi yer çox olduğuna görə şəxsi avtomobil lazım olurdu. Bizim mübariz və ixlaslı qardaşlardan olan Hacı Sadiq İslami1 təklif etdi ki, Tehrana gedəndə onun qohumlarından olan Hacı Əhməd Qədirianın2 avtomobilindən istifadə edim. Mən də qəbul etdim. Hacı Sadiq İslam Respublikası Partiyasının iqamətgahı münafiqlər tərəfindən partladılanda şəhadətə qovuşdu. Başda Seyid Məhəmməd Hüseyni Behişti olmaqla İslam hərəkatının əsas fiqurlarından və dəyərli inqilab şəxsiyyətlərindən bəzisi həmin faciədə həyatlarını itirdilər. Hacı Əhməd Qədirian inqilabdan qabaq bizneslə məşğul idi, inqilabdan sonra isə bütün var-dövlətini və biznesini tərk edib dövlət və inqilab qurumlarında xidmətə başladı.1

Hər dəfə Tehrana çatanda avtomobili almaq üçün Hacı Qədiriana zəng vururdum, özü, ya da oğlu avtomobili gətirirdi və bir-iki həftə ondan istifadə edirdim. Tehrandan qayıdanda da hava limanının və ya dəmiryol vağzalının duracağına qoyur, açarı təkərin altında gizlədir və telefonla söyləyirdim ki, gəlib maşını götürsün. Hacı Qədirianın bir neçə avtomobili vardı, Tehranda mənə verdiyi Pejo 404 minik avtomobili idi. İnqilabdan sonra dünyəvi işini buraxıb İslam inqilabına xidmət edən və Allahla alış-verişə başlayan çoxlu adamlardan biri də o idi. Əlbəttə, inqilabdan özünə qazanc mənbəyi kimi istifadə edənlər də az deyil.

İranşəhrdə müxtəlif yerlərə getmək və Zahidan hava limanı ilə əlaqə saxlamaq üçün də avtomobilə ehtiyacım vardı. Məni görməyə gələn hər bir qohumumu qarşılamaq üçün bəluc paltarı ilə hava limanına gedirdim. Bu geyim üz və saqqalıma uyğun gəlirdi. İranşəhrdən çıxmağım qadağan olunduğuna görə bəluc paltarını geyinirdim. Həmin paltar indi də durur, hərdən geyinirəm.

Bu səbəbdən Hacı Qədirianla əlaqə saxlayıb dedim ki, əgər İranşəhri də Tehran qədər əhəmiyyətli bilirsizsə, mənə bir maşın göndərin. Bir neçə gündən sonra bir nəfər gəlib soruşdu ki, siz Xameneisiz? Dedim ki, bəli. Dedi ki, sizə bir maşın gətirmişəm. Mənə bir Pejo 404 avtomobili göstərdi. Ona dedim ki, bunu ağa Qədirian göndərib? Dedi ki, bəli. Dedim: “Onun avtomobilləri adətən, SUV olurdu”. Dedi ki, bilmirəm, mənə bu avtomobili sizə təhvil vermək tapşırılıb.

Təmiz və təzə maşın idi, İranşəhr və Ciroftda ondan istifadə etdim. Sürgündən sonra onu bir nəfərə tapşırıb dedim ki, Qədiriana aparsın. İsti yerlərdə və kələ-kötür yollarda sürüldüyünə görə bərbad vəziyyətə düşmüşdü. Tehrana gedəndən bir müddət sonra bir nəfər həmin avtomobili gətirib mənə verdi. Maşın təmir edilmiş, təmizlənmiş və yeni avtomobilə çevrilmişdi. Ona dedim ki, bu nədir? Dedi: “Bu, sizin maşınınızdır. Qədirian onu əvvəldən sizin üçün alıb”. Bu, gözlənilməz oldu. Dedim: “Nə üçün əvvəldən demirdi? Ən azı, təmir və təmizlik işlərini onun boynuna qoymazdım”.

Maşın məndə qaldı. İnqilabdan sonra təhlükəsizlik tədbirlərinə görə Mühafizəçilər korpusunun verdiyi xüsusi avtomobilə minirdim. Həmin maşına ehtiyac olmadığını görüb ucuz qiymətə satdım. O zaman maşın ucuz idi. Sonra beş-altı dəfə satılıb-alındı. Nəhayət, 2-3 il öncə qardaşların biri onu alıb təmizlədi və mənə qaytardı. Maşın indi də məndədir.



Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   120   121   122   123   124   125   126   127   ...   239




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin