Mən evin ikinci oğluyam. Seyid Məhəmməd məndən böyükdür. Ondan əlavə iki qardaşım və bir neçə bacım da var. 10
Atam ağa Seyid Cavad Xamenei Təbrizin məşhur ruhani ailəsindən idi, hicri təqvimilə 1313-cü ildə Nəcəf şəhərində dünyaya gəlmişdi. Atası ağa Seyid Hüseyn Xamenei Təbrizin Came məscidinin imamı olmuşdu. 10
Ayətullah Xameneinin ata tərəfdən babası olmuş Ayətullah Seyid Hüseyn Xamenei fiqh və üsul dərslərini Nəcəf Elm Hövzəsinin böyük alimlərindən, o cümlədən Seyid Hüseyn Kuhkəməridən öyrənmiş, dövrünün dəyərli filosofu Mirzə Baqir Şəkkinin tələbələrindən olmuş, hicri 1315-ci ildə Təbrizə qayıdıb came məscidində imamlıq etmişdi. Aydın bir din alimi və müctəhid idi, yüksək ictimai-siyasi fikirləri vardı, məşrutəni din alimləri tərəfindən başlanmış bir hərəkat bilib dəstəkləyirdi. 10
Dostları ilə paylaş: |