Mirvariyə çevrilən ürək qanı



Yüklə 1,52 Mb.
səhifə14/239
tarix10.01.2022
ölçüsü1,52 Mb.
#109471
1   ...   10   11   12   13   14   15   16   17   ...   239

Mənim hobbilərim


Məşhəd hövzəsində təhsil aldığım altı ildən çoxlu xatirələrim var. İndi onların birini söyləmək istəyirəm. Mən dünya və İran ədəbiyyatının məşhur roman və povestlərini oxumağı həddən artıq sevirdim. Mişel Zevakonun bəlkə də bütün əsərlərini oxumuşam. Ata və oğul dümaların romanlarını da oxumuşam. İran romanlarının hamısını və ya əksərini oxumuşam. Onları oxumaq insanın zehninə və qələminə böyük təsir edir.

1957-ci ildə İraqa bir neçə aylıq səfərə gedəndə çox sevdiyim bəzi kitabları da özümlə apardım. Nəcəfdə Şüştəriyyə kitabxanasına getdim. Təsadüfən, əmim Seyid Məhəmmədin kitablarının çoxu oraya vəqf olunub. Orada bəzi kitabların üzünü köçürdüm. Sonra ailəvi şəkildə Bəsrə yolu ilə İrana qayıtdıq və Xürrəmşəhrdən qatarla Tehrana gəldik. Tehranda kitabları bir neçə pasportla birgə itirdim. Hər yeri alt-üst etdim, dəmiryolu vağzalına qayıdıb anbarlarda xeyli axtarış apardım, amma nəticəsi olmadı. Çox qəmgin halda Məşhədə qayıtdım. İki ildən sonra bir taksi sürücüsündən mənə məktub gəldi. Orada belə yazılmışdı: "Mən avtomobilimdən bir bağlama tapdım. Onu açdım, amma sahibinin ünvanı yox idi. Yalnız bir neçə kitab və pasport vardı. Pasport sahibinin əmmaməli olduğunu görüb Tehranda bir əmmaməli ruhanidən soruşdum. O da Məşhəd məscidinin ünvanını verdi". Beləliklə, kitablar mənə qayıtdı.



Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   239




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin