Mirvariyə çevrilən ürək qanı


İkinci fəsil: Ustadların hüzurunda 28



Yüklə 1,52 Mb.
səhifə140/239
tarix10.01.2022
ölçüsü1,52 Mb.
#109471
1   ...   136   137   138   139   140   141   142   143   ...   239
İkinci fəsil: Ustadların hüzurunda 28

Böyük qardaşımla birgə ibtidai məktəbi bitirəndən sonra elm hövzəsində təhsilə başladıq. Ruhani formasını çıxarmayım deyə, atam məni dövlət məktəblərində təhsil almağa qoymadı. 28

Hər bir hövzə tələbəsi təhsilə ərəb qrammatikasını öyrənməklə başlayır. Mən ibtidai məktəbdə Camiül-müqəddimat kitabının bir hissəsini, Ünmuzəc bölməsinin sonuna qədər oxumuşdum. Əmsilə kitabını atamla başlamışdım, amma davam etmədi və başqa bir müəllimlə bitirdim. Sərf-Miri atamdan öyrəndim. Əvamil-mənzuməni bir müəllimin yanında oxudum. Ünmuzəci öyrəndiyim əsnada ibtidai məktəbi bitirdim. 28

Şeyx Hüseyn Bəcistaninin nəzarəti altında olan Süleyman xan mədrəsəsində hövzə dərslərini davam etdirdim. Şeyx Bəcistani dəyərli ruhanilərdən və atamın dostu idi. Mədrəsənin müdiri Axund Xorasaninin oğlu Şeyx Əhməd Kifayi idi. Ağa Bəcistani Ələvi adlı bir nəfəri mənə müəllim təyin etdi və mən ondan Səmədiyyə kitabını öyrənməyə başladım. O, sonradan tibb üzrə təhsil alıb həkim oldu. Sonra ağa Bəcistani Məsudi adlı bir nəfəri mənə müəllim təyin etdi. Mən Süyuti və Müğni kitablarını ondan öyrəndim. 28

Şeyx Hüseyn Bəcistani (1896-1977) Ayətullah Hacı Mirzə Əhməd Kifayi tərəfindən Süleyman xan mədrəsəsinə rəhbər təyin olundu, 1964-cü ildə İmam Xomeyni üçün dua və onun düşmənlərinə nifrin etdiyinə görə azadlıqdan məhrum edilib Qızıl qala zindanında saxlandı. 28

Süleyman xan və ya Süleymaniyyə mədrəsəsi Məşhəd şəhərinin Qacarlar dövründən qalmış mühüm və tarixi mədrəsələrindəndir. 28


Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   136   137   138   139   140   141   142   143   ...   239




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin