Mirvariyə çevrilən ürək qanı


Dərsləri ərəbcə yazmağa adət etmişdim. Çalışırdım ki, işim tərtibat baxımından da yeni üslubda olsun. 31



Yüklə 1,52 Mb.
səhifə142/239
tarix10.01.2022
ölçüsü1,52 Mb.
#109471
1   ...   138   139   140   141   142   143   144   145   ...   239
Dərsləri ərəbcə yazmağa adət etmişdim. Çalışırdım ki, işim tərtibat baxımından da yeni üslubda olsun. 31

Atam bizə öyrətmişdi ki, heç bir fürsəti əldən verməyək, heç bir günü dərssiz və mütaliəsiz keçirməyək. O, məhərrəm ayında və yay tətilində də elmdən uzaqlaşmırdı. Məhərrəm ayının ilk yeddi gününü mənə dərs öyrədir, sonrakı üç gününü rövzə məclislərinə gedirdi. O, yay tətili məsələsini qəbul etməyib deyirdi: "Biz yayda Nəcəfdə çox isti şəraitdə dərslərimizi davam etdirirdik, Məşhəd kimi bir yerdə nə üçün dərslər tətil edilməlidir?!" 31

Mütəvvəl kitabını yay tətilində oxudum. Şeyx Fişarəki yayda Qumdan Məşhədə gəlib iki ay qalırdı. Mən onu uzaqdan tanıyırdım. Öncədən Məşhəddə ərəb ədəbiyyatını tədris etmişdi. Sonra Quma gedib orada eyni işlə məşğul olurdu. Məşhəddə ondan mənə Mütəvvəl kitabını öyrətməyi xahiş etdim. O da qəbul etdi və mən gündə bir neçə saat ondan dərs öyrənməyə başladım. Mütəvvəl kitabının xeyli hissəsini dörd aya sona çatdırdım. Şeyx Fişarəki sonradan mənim Məkasib də oxuduğumu bilib fiqhdə belə sürətli inkişafıma təəccübləndi. Onun özü Qumda bu kitabı tədris edirdi. 31

Atam bizim dərslərimizə daim nəzarət edir, bəzən həvəsləndirməklə, bəzən də danlamaqla sürətimizi artırırdı. Mən həmişə onun üslubuna əməl edir, istəklərini yerinə yetirirdim. Oxuduğum dərslər barədə fikir bildirəndə çox sevinir və 14-15 yaşımda mənə deyirdi: "Sən müctəhidsən, ictihad qabiliyyətin var". Qardaşımla birlikdə dərslərə hazırlaşandan sonra atam bizi otağına çağırıb suallar verir, başa düşmədiklərimizi izah edirdi. Xatırlayıram ki, evimizdə üç otaq vardı. Onun iki otağı atamın idi: nisbətən böyük otaq qonaqlara ayrılmışdı, mədrəsə otaqlarına bənzər bir otaq da mütaliə, yemək və istirahətə. Bizim də hamımıza - dörd qardaş, dörd bacı və bir anaya bircə otağımız vardı. Anamızın qonağı və ya rövzə məclisi olanda evdən çıxmağa məcbur olurduq. 31

Atamın otağında 40×80 sm ölçüsündə alçaq bir stolu vardı. Qışda onun altına kürsü sobası qoyurduq. Atam stolun yan tərəfində bardaş qurur, biz də stolun arxasında yan-yana otururduq. Atamın dərs zamanındakı ciddiliyinə görə qardaşımla atamdan nisbətən uzaqda oturmaq üstündə çəkişirdik. 32

Atamın sərtliyinin mənfi cəhətləri olsa da, müsbət cəhətlərini də inkar edə bilmərəm. Həmin tələbkarlıq bizi nizam-intizamlı yetişdirdi, bəzi ruhani övladlarının diqqətsizlik üzündən tutduqları yollardan uzaq saxladı. Onun nəticələrindən biri də bu oldu ki, ərəb ədəbiyyatını və ümumi fiqh və üsul dərslərini beş il yarım ərzində sona çatdırdım. 32

Məşhəd hövzəsində təhsil aldığım altı ildən çoxlu xatirələrim var. İndi onların birini söyləmək istəyirəm. Mən dünya və İran ədəbiyyatının məşhur roman və povestlərini oxumağı həddən artıq sevirdim. Mişel Zevakonun bəlkə də bütün əsərlərini oxumuşam. Ata və oğul dümaların romanlarını da oxumuşam. İran romanlarının hamısını və ya əksərini oxumuşam. Onları oxumaq insanın zehninə və qələminə böyük təsir edir. 32

1957-ci ildə İraqa bir neçə aylıq səfərə gedəndə çox sevdiyim bəzi kitabları da özümlə apardım. Nəcəfdə Şüştəriyyə kitabxanasına getdim. Təsadüfən, əmim Seyid Məhəmmədin kitablarının çoxu oraya vəqf olunub. Orada bəzi kitabların üzünü köçürdüm. Sonra ailəvi şəkildə Bəsrə yolu ilə İrana qayıtdıq və Xürrəmşəhrdən qatarla Tehrana gəldik. Tehranda kitabları bir neçə pasportla birgə itirdim. Hər yeri alt-üst etdim, dəmiryolu vağzalına qayıdıb anbarlarda xeyli axtarış apardım, amma nəticəsi olmadı. Çox qəmgin halda Məşhədə qayıtdım. İki ildən sonra bir taksi sürücüsündən mənə məktub gəldi. Orada belə yazılmışdı: "Mən avtomobilimdən bir bağlama tapdım. Onu açdım, amma sahibinin ünvanı yox idi. Yalnız bir neçə kitab və pasport vardı. Pasport sahibinin əmmaməli olduğunu görüb Tehranda bir əmmaməli ruhanidən soruşdum. O da Məşhəd məscidinin ünvanını verdi". Beləliklə, kitablar mənə qayıtdı. 32


Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   138   139   140   141   142   143   144   145   ...   239




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin