Dördüncü fəsil: İlk qığılcım 44
Uşaqlıqda İslam oyanışının mühüm dövrlərindən birinə şahid olmuşam. Bu dövr Nəvvab Səfəvinin hərəkatından İmam Xomeyninin hərəkatına, İslam inqilabına və İslam dövlətinin qurulmasına qədər bir zamanı əhatə edir. 44
Nəvvab Səfəvi ləqəbilə məşhur olan Seyid Müctəba Mirlövhi Tehrani (1923-1955) “İslam fədailəri” cəmiyyətinin rəhbəri idi. O, Nəcəfdə Seyid Əbülhəsən İsfahani, Əllamə Əmini və Seyid Əsədulla Mədəni kimi müctəhidlərdən elm öyrənmiş, ateizmi təbliğ və İslam dinini təhqir edən Əhməd Kəsrəvinin düşüncələrinə qarşı mübarizə aparmaq üçün Ayətullah İsfahaninin tövsiyəsi ilə İrana gedib İslam fədailəri cəmiyyətini yaratmışdı. Nəvvabın və tərəfdarlarının əsas məqsədi Pəhləvi rejiminə və azğın qərb həyatına qarşı mübarizə idi. 44
Nəvvab Səfəvi öz təbliğatları ilə fəal və dindar gəncləri cəlb etməyə başladı. Onların çoxu İmam Xomeyni hərəkatının fəalları oldular. Qum Elm Hövzəsinin bəzi böyükləri və Tehranda Ayətullah Kaşani onların himayədarlarından sayılırdı. Nəvvab öz siyasi fəaliyyəti dövründə bəzi müsəlman ölkələrinə, o cümlədən Misir və İordaniyaya getmiş, əl-Əzhər universitetində çıxış etmişdi. O, 1955-ci ildə bəzi tərəfdarları ilə birgə Pəhləvi rejimi tərəfindən şəhid edildi. Ondan yadigar qalmış “Cəmiyyət və İslam dövləti” kitabı onun və tərəfdarlarının İslam dövləti barədə fikirlərini əks etdirir. 44
Mərhum Şəhid Nəvvab Səfəvi mənim üçün İslam yolunu geniş inqilabi və dinamik mənasında göstərən ilk qığılcım oldu. Bu adam İran cəmiyyətində elə hərəkat yaratdı ki, müsəlmanların vicdanını qəflət yuxusundan oyatdı, iradələri toparladı, qəlblərdə İslama və İslam müqəddəslərinə dair qeyrət və təəssüb hissi yaratdı. Onun təsir dairəsi yalnız İranla məhdudlaşmırdı, ərəb dünyasının bəzi yerlərinə də səfər edib mücahidlərin qəlbində mübarizə həyəcanı yaradırdı. O, bəzi ərəb başçılarına da nəsihət verirdi ki, müstəmləkəçilərin hiylələrinə uymasınlar. 44
Nəvvab 1953-cü ildə Məşhədə səfər etdi, həzrət Mehdinin (ə) xatirəsi ilə açılmış Mehdiyyə adlı bir yerdə yerləşdi. Ora İmam Mehdinin doğum günü bayramlarına xüsusi diqqət ayıran Hacı Abidzadə tərəfindən təsis olunmuşdu. Nəvvab heç kimin evinə getmədi, həmin dini mərkəzdə qaldı. 45
Dostları ilə paylaş: |