Mirvariyə çevrilən ürək qanı


Görən kimi bütün hisslərimlə ona cəzb olunduğumu, onu ürəkdən sevdiyimi duydum. 46



Yüklə 1,52 Mb.
səhifə150/239
tarix10.01.2022
ölçüsü1,52 Mb.
#109471
1   ...   146   147   148   149   150   151   152   153   ...   239
Görən kimi bütün hisslərimlə ona cəzb olunduğumu, onu ürəkdən sevdiyimi duydum. 46

Nəvvabın yanında İslam fədailərinin bir qrup üzvü də vardı. Onların çoxu gənc idi, başlarına xüsusi dəri papaq qoymuşdular. Aralarında üç əmmaməli də vardı. 46

Otaq adamla doldu. Nəvvab ayaq üstə dayanıb danışmağa başladı. O, məqsədləri barədə danışıb hamını İslam yolunda, İslamın ucalığı naminə şəhadətsevərliyə səslədi. Sözləri ruhuma işləyir, duyğularımı alovlandırır, məni İslamın qüdrətli və başıuca olacağı gələcəyə aparırdı. 46

İki gündən sonra onun indiki Nəvvab mədrəsəsinə gedəcəyini eşitdim. Atamdan icazə almaq məhdudiyyətim olsa da, oraya getdim. Hamı onu gözləyirdi. Mədrəsənin zalını və dəhlizini onun şərəfinə döşəmişdilər. Mən də onlarla birgə bir qədər gözlədim, ancaq səbirsizlikdən daha gözləyə bilmədim və onu qarşılamağa getdim. Bayıra çıxıb Mehdiyyəyə doğru gedərkən qarşıdan Nəvvabın və ardınca digər insanların gəldiklərini gördüm. O, yolda sağa-sola baxır, insanlara salam verir, onlarla səmimi şəkildə danışırdı. O, yoldan ötənlərə bəzən nəsihət verir, bəzən də cəsarətləndirirdi. Danışanda bütün bədəni hərəkət edirdi, fikrini çatdırmaq istəyəndə bütün vücudu titrəyirdi. O, qərblilərə xas geyim tərzi haqda danışanda bir kişi təsirlənib kepkasını başından götürdü və əli ilə büküb cibinə qoydu. 46

Tələsik özümü Nəvvabın qarşısında oturmuş birinci cərgəyə çatdırdım. Həmin səhnə indi də bütün xırdalıqları ilə gözlərim önündədir. Nəvvabın dayandığı yerdən mədrəsənin eyvanı və həyəti görünürdü. Mən düz onun qarşısında oturmuş, bütün hərəkət və sözlərinə diqqət kəsilmişdim. Yadımdadır, hövzə tələbələrinə nəsihət verib onları iman və təqvaya sadiq qalmağa çağırırdı. Onun bu səsi indiyə qədər qulaqlarımdadır: "Ey Adəm övladı! Azuqəni artır, çünki yol çox-çox uzundur. Ey Adəm övladı! Gəmini yenilə, çünki sular çox-çox dərindir!" 47


Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   146   147   148   149   150   151   152   153   ...   239




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin