Mirvariyə çevrilən ürək qanı


Mənim üzərimə bir çox vəzifələr düşürdü. O cümlədən: 62



Yüklə 1,52 Mb.
səhifə157/239
tarix10.01.2022
ölçüsü1,52 Mb.
#109471
1   ...   153   154   155   156   157   158   159   160   ...   239
Mənim üzərimə bir çox vəzifələr düşürdü. O cümlədən: 62

Ağa Seyid Cəfər Şübeyrinin evində bəzi dostlarla birgə imamın bəyanatlarını çoxaltmaq, sonra yaymaq üçün digər qrupa vermək; 62

Siyasi şəxsiyyətlər tərəfindən verilən bəyanatları çoxaltmaq; Əlimizə çatan və yayılması münasib olan hər bir bəyanatı köçürüb yayırdıq. 62

Ümumi imzalı bəyanatlar yazmaq; "Bir qrup din alimi", yaxud "Bir qrup ruhani" imzalı bəyanatlarda ad çəkilmədiyinə görə daha sərt ifadələrdən istifadə etmək olurdu. 62

Müxtəlif məsələlərdə imama məsləhət vermək; İndi bu sahədə xatırladığım odur ki, qardaşım Seyid Məhəmmədlə, İslam Respublikası Partiyasının şəhidlərindən olan Şeyx Əli Heydəri ilə və hazırda fəlsəfə müəllimi olan Şeyx Hüseyn İbrahimi Dinani ilə birgə imamın evinə gedib ona təklif etdik ki, həcc mərasimində yaymaq üçün bir bəyanat versin. Yadımdadır, imam bu təklifimizə sevinib dedi ki, mən onu hazırlamışam. 62

Bəzən imamla digər alimlər arasında vasitəçi olurdum; İmam bir dəfə məni şifahi bir mesajla Məşhədə ağa Milani və ağa Quminin yanına göndərdi. Bu mesajda mühüm məsələlər yer alırdı. Onların biri digər alimlərlə müştərək idi. O da bu idi ki, İsrail İranın bütün işlərinə müdaxilə edir, İslam və İran alimlərini məhv etməyə çalışır. Yalnız onlara məxsus məsələ də bu idi ki, bütün ruhanilər məhərrəm ayının yeddisindən, əza heyətləri isə doqquzundan, yəni tasua günündən rejim əleyhinə və onun Feyziyyə mədrəsəsindəki cinayətlərinə dair çıxışlara başlasınlar. 62



Hacı ağa Mustafa Xomeyni ilə səmimi dost idik. O da bizim imamın yanındakı mövqeyimizdən və İslam hərəkatındakı rolumuzdan xəbərdar idi. Bu münasibət bizim hərakatdakı fəaliyyətlərimizi asanlaşdırırdı. 63

Yadımdadır, Haşimi Rəfsəncaniyə xəbərləri toplamaq tapşırılmışdı. İmam ona 200 tümən pul vermişdi, o da xəbərlərə qulaq asıb imama söyləmək üçün böyük bir radio almışdı. Həmin radio bəlkə indi də qalır. 63

Bəzi dostlarla birgə gözəl və kreativ bir iş olan təşkilatlanma ilə də məşğul idik. Biz Qumda din alimləri arasında ilk təşkilatı yaradıb nizamnaməsini də yazdıq. Qardaşım Seyid Məhəmmədlə birgə nizamnamənin hazırlanmasında iştirak edirdik. Onun belə işlərə xüsusi istedadı vardı. 63


Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   153   154   155   156   157   158   159   160   ...   239




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin